525.Az

Dollar və avro bahalaşıb


 

Dollar və avro bahalaşıb<b style="color:red"></b>

Bu gün aprelin 2-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi cüzi möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) martın 31-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01% bahalaşaraq 1,0486 manat səviyyəsində qərarlaşıb.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0084 manat və ya 0,74% bahalaşaraq 1,1401 manat olub.

 





03.04.2015    çap et  çap et