525.Az

“Transneft” Bakı-Novorossiysk kəməri ilə nəql olunan neftin tarifini artırır


 

“Transneft” Bakı-Novorossiysk kəməri ilə nəql olunan neftin tarifini artırır<b style="color:red"></b> Rusiyanın “Transneft” şirkəti Bakı-Novorossiysk neft boru kəmərinin və Novorossiyskdə yerləşən Şesxaris neft bazasının təmiri üçün vəsait axtarır.
 
“APA-Economics”in “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, şirkət artıq Rusiya Federal Tarif Şurasından Azərbaycan neftinin kəmərlə tədarükü üçün tarifləri 30% artırmağı xahiş edib.
 
Şirkətdən bildiriblər ki, rublun məzənnəsinin kəskin aşağı düşməsindən sonra bu istiqamətdə neftin nəqli regionda daha sərfəli olub.
 
“Devalvasiyadan sonra Azərbaycan üçün Rusiya kəməri ilə neftin bir tonunun nəqli 10,2 dollara başa gəlir. Baxmayaraq ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neftin bir tonu 44,4 dollara nəql edilir”, - deyə nəşr qeyd edir.
 
Bununla belə, “Kommersant” yazır ki, tariflərin artırılması nəqlin həcminə təsir etməyəcək.
 
Qeyd edək ki, Federal Tarif Şurası tariflərin artırılmasına aprelin 7-də baxacaq.
 





03.04.2015    çap et  çap et