525.Az

İlham Əliyev və Sarkisyanın görüşünün mümkünlüyü müzakirə edilib


 

İlham Əliyev və Sarkisyanın görüşünün mümkünlüyü müzakirə edilib<b style="color:red"></b> ATӘT-in Minsk qrupu həmsədrləri martın 31-də Vyanada Minsk qrupu üzvləri üçün rüblük brifinq keçiriblər.
 
Bu barədə ATӘT-in mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir.
 
Həmsədrlər Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində hazırkı gərginliyi qiymətləndirib, tərəflərlə birlikdə hazırkı diplomatik səylərini qeyd ediblər:
 
“Həmsədrlər bu ilin sonuna kimi prezidentlərin görüşünün mümkünlüyünü və hərtərəfli sülh razılaşmasının əldə olunması üçün tərəflərin danışıqları davam etdirməsinin vacibliyini müzakirə ediblər. Vasitəçilər ATӘT-in Minsk qrupu ölkələrinin və ATӘT-ə üzv ölkələrin qarşılıqlı etimad tədbirlərinin və təmas proqramlarının həyata keçirilməsində oynaya biləcəyi rolu da vurğulayıblar”. 
 





03.04.2015    çap et  çap et