525.Az

İki Azərbaycan vətəndaşı Yəməndən çıxarılıb


 

İki Azərbaycan vətəndaşı Yəməndən çıxarılıb<b style="color:red"></b>

Aprelin 2-də iki Azərbaycan vətəndaşı Rusiyaya məxsus təyyarə ilə Yəməndən təxliyyə olunub.

Bu barədə APA-ya Azərbaycanın Səudiyyə Ərəbistanındakı, eyni zamanda Yəməndə də akkreditə olunmuş səfirliyinin 2-ci katibi, konsul Emil Qasımzadə məlumat verib.
 
Konsul bildirib ki, Moskvaya yola salınan şəxslər Cəfərov Rüstəm və onun həyat yoldaşı Marina Valerinadır: “Digər 7 nəfər azərbaycanlı isə Sana şəhər aeroportunda gözləyir. Onların da bu gün ya Rusiya, ya da Türkiyə vasitəsiilə təxliyə olunacaqları gözlənilir. Səfirlik prosesi daim diqqətdə saxlayır”.
 
E. Qasımzadə deyib ki, 9 nəfərdən başqa Yəməndən çıxmaq üçün müraciət edən yoxdur.

 





03.04.2015    çap et  çap et