525.Az

Bu il Ermənistan tərəfi 26 hərbi qulluqçusunu itirib


 

Bu il Ermənistan tərəfi 26 hərbi qulluqçusunu itirib <b style="color:red"></b>

2015-ci ilin ilk rübü ərzində Ermənistan Silahlı Qüvvələri 26 hərbi qulluqçusunu itirib.

APA-nın Ermənistanın “epress.am” saytına istinadən verdiyi xəbərə görə, bu məlumat Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin hazırladığı hesabatda əksini tapıb.
 
“Bu o deməkdir ki, qoşunların təmas xəttində vəziyyət kəskinləşir, bu isə öz növbəsində, itkilərin artmasına gətirib çıxarır", deyə təşkilatın hesabatında qeyd edilir.
 
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da rəsmi məlumatlara görə, Ermənistanın bu il 30-dək hərbçisini itirdiyini açıqlayıb. Qeyri-rəsmi məlumatlara görə isə bu rəqəm 50-yə çatır.

 





03.04.2015    çap et  çap et