525.Az

Təhsil Problemləri İnstitutunda təqdimat


 

Təhsil Problemləri İnstitutunda təqdimat <b style="color:red"></b>

Təhsil Problemləri İnstitutunda (TPİ) "Məktəbəqədər təhsil üzrə kurikulum beynəlxalq kontekstdə" mövzusunda təqdimat dinlənilib.

TPİ-dan verilən məlumata görə, təqdimatda ARTPİ-nin direktor müavini Ənvər Abbasov, Təhsil Nazirliyinin məktəbəqədər və ümumtəhsil şöbəsinin məktəbəqədər sektorunun müdiri Nərminə Alnağıyeva, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin rəhbəri Elmina Kazımzadə, institutun şöbə müdirləri, ali məktəb müəllimləri, dövlət və özəl məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və əməkdaşları, məktəb müəllimləri iştirak ediblər.

TPİ-nin direktor müavini Ənvər Abbasov  məktəbəqədər təhsilin bünövrə təhsili və əsası gələcək inkişafa təsir edən bir sütun kimi ən önəmli sahələrdən olduğunu deyib.

"Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi" İB-nin icraçı direktoru Ülviyyə Mikayılova kurikulum, onun əsas elementləri və beynəlxalq konteksdən baxışı, xüsusilə də Şimali Amerika, Skandinaviya və Qərbi Avropa ölkələrində kurikulumlar barədə təqdimatla çıxış edib.

Məruzəsində araşdırma apardığı xarici ölkələrdəki kurikulumlarda mövcud nəticə yönümlülük və ən önəmlisi olan şəxsiyyət yönümlülüyü əhatə edən proqramlar barədə söz açıb. Diqqətə çatdırılıb ki, kurikulumun formalaşmasına aşağıdakı əsas faktorlar təsir edir: uşaqların erkən yaş dövründə əldə olunası vacib bacarıq və biliklər haqda mövcud təsəvvürlər, bilik və bacarıqların əldə edilməsi prosesində uşaqların rolu, uşağın və uşağlıq dövrünün dəyəri, uşaq inkişafı və öyrənməsi nəzəriyyələri, dominant pedaqoji konsepsiyalar, dominant kurikulum ideologiyaları, maksimum səmərəsi olan öyrənmə prosesininin təşkili, öyrədiləsi məzmun, inzibati prosedurlar.

Xarici kurikulumları araşdırarkən belə qənaətə gəlibmiş ki, bəzi xarici ölkələrdə kompetensiya yönümlü kurikulum nəticə yönümlü kurikulumla əvəz olunur. Onu da bildirib ki, kurikulumların yaranmasına təsir göstərən əsas faktorlardan biri də ideologiyadır. İdeoloji nöqteyi nəzərdən neytral kurikulum mövcud deyil.
Kurikulum müəlliflərin fəlsəfi, siyasi baxışları, pedaqoji, dəyər və inancları yaratdıqları kurikuluma təsir edir. Erkən yaş dövrünün təhsili kurikulumunda tədqiqatların rolunun olduğunu deyən Ü.Mikayılova yaxın gələcəkdə milli kurikulumun məzmununda da 12 illik təhsilə keçidlə əlaqədar olaraq müəyyən yeniliklərin əlavə olunmasını təklif edib.

Vəfa MƏMMƏDLİ

 





03.04.2015    çap et  çap et