525.Az

Şirvanda 71 yaşlı kişi arvadını öldürdükdən sonra intihara cəhd edib


 

Şirvanda 71 yaşlı kişi arvadını öldürdükdən sonra intihara cəhd edib<b style="color:red"></b>

Azərbaycanın Şirvan şəhərində dəhşətli qətl törədilib.

 APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
 
Şirvan şəhərindəki Sürücülük Məktəbində məskunlaşmış Cəbrayıl rayon sakini, 62 yaşlı Rəfiqə Balaş qızı Verdiyeva qətlə yetirilmiş halda, onun əri, 71 yaşlı Xudaverdi Məhərrəm oğlu Verdiyev isə yaralı vəziyyətdə aşkar edilib. Hadisə barədə polisə məlumat daxil olan kimi, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Hadisə yeri müayinə edilib, hazırda əməliyyat tədbirləri davam etdirilir.
 
İlkin ehtimala görə, X. Verdiyev həyat yoldaşını öldürdükdən sonra boğazını kəsərək intihara cəhd edib.
 
Faktla bağlı araşdırma aparılır.

 





05.12.2012    çap et  çap et