525.Az

Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi


 

Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi<b style="color:red"></b>

Əfqan QAFARLI

 

Qarabağda bizimlə qonşu olan Slavik adlı bir erməni var idi, həmişə azərbaycanlılardan yaxşı çeşniləri olan qədimi xalça, palaz, kilim, gəbə alırdı. Bəzən qiymətdə çək-çevir eləmirdi. Bir dəfə soruşdum ki, axı bunlar sizin nəyinizə lazımdır, çox danışmadı, eləcə dedi ki, topladığı qədimi xalça-palazı İrəvana göndərir, əvəzində yaxşı pul qazanır. Onda sovet dövrü idi işin dərinliyindən xəbərsiz idik. Sonralar bildim ki, Slavik kimi azərbaycanlılardan əntiq əşyalar alıb toplayan ermənilər çoxdur. Hələ sovet dövründə həmin əşyalar gizli yollarla İrəvandan xaricə çıxarılır Amerikada, Avropada ermənilərinki kimi təqdim edilirmiş. Bunu çox-çox sonralar bildim”.

 

Qarabağdan olan orta məktəb müəllimi İdris Mikayılovun sözlərinə görə, sovet dövründə , ondan əvvəl ermənilər altdan-altdan öz işlərini görürmüşlər, sadəlövh azərbaycanlılar isə çox şeydən xəbərsiz olublar: “Bu da işğalın bir növü idi, oğurlamaq, sonra saxtakarlıqla mənimsəmək...”.

 

Vaxtilə Qarabağda ermənilərlərlə qonşu olmuş İdris müəllim deyir ki, bir neçə dəfə dəfə ermənilərin məclislərində iştirak edib orada görüb ki, onlar azərbaycanlılara məxsus bayatılar, atalar sözləri, aşıq mahnılarını necə öz adlarına çıxırmışlar.

 

Bir dəfə ermənilərin toy məclisindəydim. Bir gördüm ki, yaşlı bir erməni ayağa durub başladı bizim bəzi bayatıları söyləməyə, içib keflənmiş haylar elə maraqla qulaq asırdılar ki, hətta bəzilərinin gözləri yaşarmışdı, axırda da əl çalıb onu alqışladılar. Mən elə bildim ki, o bayatıların azərbaycanlılara məxsus olduğunu etiraf edəcəklər. Amma həmin yaşlı erməni məclisdəki cavanlara söylədiyi bayatıların qədim erməni xalqına məxsus olduğunu izah edəndə dəhşətə gəldim...”.

 

Ermənilərin bütün dövrlərdə Azərbaycana qarşı işğalçılıq siyasətini təkcə ərazi iddiaları ilə məhdudlaşdırmayıblar. Daim həm torpaqlarımıza, həm mədəni irsimizə, millimənəvi dəyərlərimizə göz dikiblər, onları oğurlayıb özününküləşdirməyə çaılışıblar.

 

Beləliklə ermənilərin intellektual mədəniyyət dəyərləri ilə bağlı oğurluqları, tarixi-coğrafi uydurmaları saxta tarix formalaşdırmaları onlarda bir ənənəyə çevrilib.

 

Bu xalq özünə mədəniyyət yaratmaq üçün zaman-zaman coğrafi yer adlarımızı, adam adlarımızı, dastan, bayatı, atalar sözləri, nağıl lətifələrimizi, aşıq yaradıcılığımızı, musiqi, mahnı rəqslərimizi, adət-ənənələrimizi mənimsəyib, xalçalarımızı onların naxışlarını, mətbəx reseptlərimizi xörəklərimizin adlarını özlərinə çıxıblar.

 

Onlar Qərbi Azərbaycan, Qarabağ ərazisində Azərbaycan türklərilə yanaşı yaşadıqları müddətdə baxıb, öyrənib, oğurlayıb, mənimsəyiblər...

 

Oğurluqları isə beynəlxalq miqyasda öz adlarınasübutetmək üçün uydurmalar, absurd iddialar irəli sürüblər.

 

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin müdiri Xudayat Həsənlinin sözlərinə görə, ermənilər tərəfindən müəlliflik hüququnun pozulması, tarixi-mədəni dəyərlərimizin mənimsənilməsi Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsində işğalçılığın bir tərkib hissəsi olub. Agentlik rəsmisi deyir ki, ermənilərin Azərbaycanın mədəni irsi ilə bağlı həyata keçirdiyi işğalçılıq, oğurluq, saxta informasiya müharibəsi sərhəd tanımır.

 

Ermənilər bu günə kimi Azərbaycanın təkcə 500-dən çox folklor nümunəsinə, müəllif əsərinə iddia ediblər....

 

Ümumiyyətlə, işğaldan əvvəl , sonra da ayrı-ayrı vaxtlarda ermənilər Azərbaycanın həm folklor nümunələrini, həm müəllif əsərlərini öz adlarına çıxıblar. Ümumilikdə isə mədəni irsimizlə bağlı mənimsəmələrin sayı-hesabı bilinmir. Yəni dəfələrlə belə cəhdlər olub, indi davam edir. Bu saxtakarlıq əməllərinin ümumi sayını-hesabını itirmişik”.

 

X.Həsənlinin sözlərinə görə, Qarabağ münaqişəsi zamanı tarixi sərvətlərimiz, çoxlu eksponatlar, maddi əqli mülkiyyət obyektləri ermənilər tərəfindən tar-mar edilib, mənimsənilib.

 

Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi ermənilərin bu düşünülmüş siyasətinə ayrı-ayrı vaxtlarda öz etirazlarını bildirib, beynəlxalq qurumlara müraciətlər ünvanlanıb.

 

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun yazdığıErməni yadelli nağıllarıadlı kitab çap olunub məqsədli olaraq xaricdəki diaspor təşkilatları vasitəsilə yayılıb. Azərbaycan, rus ingilis dilində nəşr edilib, yayılan kitabda məşhur erməni tarixçiləri, alimləri, yazıçıları, tənqidçilərinin özlərinin Azərbaycan xalqının maddi qeyri-maddi irsinin mənimsənilməsinə dair etirafları yer alıb.

 

Kitabda bu etiraflar dəqiq sitatlarla verilib ki, dünya ictimaiyyəti ermənilərin əməllərini onların öz dilindən eşitsin.

 

Məsələn, erməni tənqidçisi filosofu M.NalbandyanQədim şeirlər nəğmələr barədəəsərində qeyd edib: “...nəğmələrin çoxunu biz azərbaycanlılardan götürmüşük...”.

 

Ermənistan Elmlər Akademiyasının akademiki Terteryan özününAbovyanın yaradıcılığında yazıb: “...ermənilər söz-söhbətlərində, danışıq zamanında həmişə Azərbaycan atalar sözü zərb məsəllərinə müraciət etmişlər”.

 

Erməni ədəbiyyatının məşhur yazıçısı Xaçatur Abovyan özününErmənistanın yaralarıadlı romanında çoxlu belə etiraflar edib. Elə təkcəErmənistanın yaralarıromanında yüzdən artıq Azərbaycan sözü işlənib.

 

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirir ki, Xaçatur Abovyanın özü vaxtilə kəndləri şəhərləri gəzərək, Azərbaycan əhalisindən eşitdiyi Azərbaycan folkloru nümunələrini toplayan yazıya köçürənlərdən biri olub. 

 

Faktlar göstərir ki, ermənilər Azərbaycana məxsus bir çox məşhur mədəni dəyərlər barədə vaxtaşırı cəfəng iddialarla çıxış ediblər.

 

Arşın mal alanəsərinə, memar Əcəmi NaxçıvanininMöminə Xatuntürbəsinə, Azərbaycan ərazisindəki ən qədim yaşayış məskəni olan Azıx mağarasına, Qobustan Gəmiqaya daş təsvirlərinə, həttaDədə Qorquddastanına, Əhməd Cavadın 1914- ildə yazdığı Üzeyir Hacıbəyli tərəfindən dörd il sonra bəstələnənÇırpınırdı Qara dənizmahnısına belə, əl uzadıblar, onları özününküləşdirməyə çalışıblar.

 

Kamran İmanov bildirir ki, erməni  professorları Antonyan Torosyanın etiraflarına əsasən, XI-XII əsrlərdən başlayaraq, “Aşıq Qərib”, “Əsli Kərəm”, “Fərhad Şirin”, “Leyli Məcnunkimi  məşhur Azərbaycan dastanları, sonralar isəKoroğlu  qəhrəmanlıq eposu erməni dilinə tərcümə olunub, dəyişikliyə məruz qalıb, daha doğrusuerməniləşdirilib”.

 

Bəzi hallarda erməni yalanlarını onların müasir nümayəndələri ifşa edirlər. Müasir erməni şairi bəstəkarı Ruben Ahverdyan bu yaxınlarda erməni plagiatlığının ənənələrindən bəhs edib. O, TürkiyəninHürriyet Daily Newsqəzetinə müsahibəsində bildirib ki, müasir erməni sənətkarlar türk Azərbaycan musiqisini oğurlayırlar.

 

Mən cahil ermənidənsə, intellektual türk ilə həmsöhbət olmağa üstünlük verərdim. Ermənistanın öz mədəniyyəti yoxdur. Ona həmişə kənardan təsir olub”-deyə R.Ahverdiyan bildirib.

 

Bəstəkar deyib ki, çoxları Ermənistanda onun fikirlərini qəbul etməyə bilər, amma: “Arzu edirəm ki, mən səhv idim, ancaq təəssüf ki, mənim dediklərim həqiqətdir. Əlbəttə intercultural mübadiləsi mümkündür, mən buna qarşı deyiləm, ancaq hər şeyin stili olmalıdır, oğurluq qəbul edilə bilməz”.

 

Bu istiqamətdə araşdırmalarla məşğul olanƏqli mülkiyyətçilərə köməkİctimai Birliyindən bildirilib ki, indi Qarabağın işğal altında olan şəhər qəsəbələrində abidələrin dağıdılması, onların memarlıq əlamətlərinin dəyişdirilməsi, “arxeoloji qazıntılarpərdəsi altındaerməniləşdirilməsibu ərazilərin abidələrin Azərbaycana məxsusluğuna dair bütün əlamətlərin məhvinə yönəlmiş uzunmüddətli hədəflərdir.

 

“1994- ildə imzalanmış atəşkəs sazişindən keçən 18 ildə baş verənlərin təhlili göstərir ki, bu müddət ərzində ermənilərin dağıtdığı abidələrin sayı hərbi əməliyyatların getdiyi illərdə dağıdılmış abidələrin sayından çoxdur.

 

İşğal olunmuş ərazilərdə ermənilərin vəhşiliklərindən biri ondan ibarətdir ki, onlar həmin abidələrdə ayrı-ayrı tikililərdə yazıları erməni xaçı yazıları ilə əvəz edirlər. İndi işğal altındakı Ağdam ərazisini qazırlar, tarixdə heç vaxt mövcud olmayanTiqranakertadlı şəhərin guya, qalıqlarını axtarırlar. 1993- ildə Azərbaycanın Füzuli rayonunu işğal etdikdən sonra bu ərazidə yerləşən qədim Azıx mağarasında qazıntılara başlayıblar”-deyə İctimai Birlikdən bildirilib.

 

Kolumbiya Universitetinin məşhur professoru, mənşəcə erməni olan N.Qarsoyan elə ermənilər arasında hiddət doğuranErmənistan IV əsrdəadlı məqaləsindəqədim erməni salnamələrini darmadağın edib. Bu tarixçi inandırıcı şəkildə göstərib ki, 1,5 min il ərzində Ermənistanda dövlətçilik olmayıb, bütün qədim sonrakı erməni salnamələri başqa xalqlara qarşı olan həsəd hissindən digər xalqlar arasında fərqlənmək cəhdlərindən irəli gələn tarixi yalanlar əsasında qurulub.

  

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir  
 





05.12.2012    çap et  çap et