525.Az

Yağış yağacaq


 

Yağış yağacaq<b style="color:red"></b>

 Dekabrın 5-dən 6-na keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən xəbərə görə, havanın temperaturu gecə 6-9, gündüz 10-14 dərəcə isti təşkil edəcək.

Dekabrın 6-da Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə yağış yağacağı, gecə dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var, gündüz hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
 
Dekabrın 6-da səhər saatlarından hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

 





05.12.2012    çap et  çap et