525.Az

Dollarla avronun bahalaşması davam edir


 

Dollarla avronun bahalaşması davam edir<b style="color:red"></b>

Bu gün aprelin 3-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi cüzi möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 6-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01% bahalaşaraq 1,0487 manat səviyyəsində qərarlaşıb.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,012 manat və ya 1,05% bahalaşaraq 1,1521 manat olub.

 





06.04.2015    çap et  çap et