525.Az

Sonuncu sınaq imtahanına yazılış başlayır


 

Sonuncu sınaq imtahanına yazılış başlayır<b style="color:red"></b> Azərbaycanda keçiriləcək sonuncu sınaq imtahanına yazılış aprel ayının 8-də başlayacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, Komissiya tərəfindən 2015-ci ildə abituriyentlər üçün sonuncu sınaq imtahanı mayın 3-də keçiriləcək. Həmin imtahan iştirakçılarına yeni (4 nömrəli) test kitabçası təqdim olunacaq. Bu imtahana yazılış aprelin 8-dən etibarən aparılacaq.

Qeyd edək ki, bu il Azərbaycanda abituriyentlərin qəbul imtahanlarına hazırlaşmalarına kömək məqsədilə 4 sınaq imtahanı keçirilməsi nəzərdə tutulub. Onlardan I sınaq imtahanı artıq aprelin 5-də keçirilib. II sınaq imtahanı aprelin 12-də, III sınaq imtahanı aprelin 19-da, sonuncusu isə mayın 3-də olacaq.
 





06.04.2015    çap et  çap et