525.Az

Bu serial da bitdi


 

Bu serial da bitdi<b style="color:red"></b>

Türkiyənin "Show TV" telekanalının ağır günləri davam edir.

525.az-ın Türkiyə mediasına istnadən verdiyi məlumata görə, telekanal "Suskunlar"ın ardından daha bir serialı bitirməyə qərar verdi. Üç dəfə efir vaxtı dəyişdirilən, keçən həftə cümə günü nümaiş olunan "Ustura Kemal" bu həftədən yayımlanmayacaq.
 
Reytinqlərdə çox aşağı yerlərdə qərarlaşan serial final seriyası olmadan ekranlara vida etdi. Baş rollarını Oktay Kaynarca, Naz Elmas, İpek Karapınar və Esra Rüşanın oynadığı "Ustura Kemal" cəmi 13 seriya efir üzü gördü.

 





05.12.2012    çap et  çap et