525.Az

Nalbandyan və Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər


 

Nalbandyan və Lavrov Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər<b style="color:red"></b>

Ermənistan və Rusiya xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, aprelin 7-8-də Moskvaya səfər edəcək Ermənistan xarici işlər naziri Edvard Nalbandyan rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
 
Görüşdə iki ölkə arasındakı siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlıq, xarici siyasətin koordinasiyası, BMT, ATƏT, QİƏT, o cümlədən Rusiyanın ATƏT-in Minsk Qrupu öhdəçiliyi əsasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında fikir mübadiləsi aparılacaq.

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, E. Nalbandyanın Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşü də nəzərdə tutulub.

 





06.04.2015    çap et  çap et