525.Az

Məşhur azərbaycanlılar olan təyyarədə bomba həyəcanı


 

Məşhur azərbaycanlılar olan təyyarədə bomba həyəcanı<b style="color:red"></b>

Türk Hava Yolları aviaşirkətin məxsus və içərisində bir neçə tanınmış azərbaycanlının olduğu təyyarə İstanbuldan uça bilməyib.

ANS PRESSS-in məlumatına görə, Türk Hava Yollarına məxsus "Boing 737-800" tipli Elazığ adlı təyyarə saat 07:45-də uçmalı olub. Bomba xəbərdarlığından sonra hadisə yerinə yanğınsöndürən, polis və bomba zərərsizləşdirmə mütəxəssisləri hadisə yerinə gəliblər. Bu zaman onların yanına gələn sərnişinlərdən biri bomba xəbərinin özünün verdiyini deyib. Türkiyə vətəndaşı təyyarədəki sərnişinlərdən biri tərəfindən fırıladağa məruz qaldığını və onun yaxalanması üçün belə etdiyini, təyyarədə heç bir bomba olmadığını deyib.

Polis yalan məlumat verən və adı açıqlanmayan şəxsi artıq saxlayıb. Bu zaman təyyarədə olan sərnişinlər evakuasiya edilib və orada axtarışlar aparılıb. Qeyd edək ki, Moldovaya uçan təyyarədə 112 sərnişin olub. Yoxlamalardan sonra təyyarə Kişinyova uçub.

Qeyd edək ki, Kişinyova KİV məsələləri ilə bağlı keçeiriləcək konfransa gedən tanınmış azərbaycanlılar da təyyarədə olub. Onların sırasında Prezident Administarasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, Avropa Birliyi və Avropa Şurası mətbuat üzrə birgə layihəsinin regional koordinatoru Şahin Abbasov, Repartyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov, həmçinin Media Hüququ İnstututunun direktoru Xalid Ağaəliyev də olub.

 





05.12.2012    çap et  çap et