525.Az

Metroda dəhşət (FOTO)


 

Metroda dəhşət<b style="color:red"> (FOTO)</b>

ABŞ-da metroda dəhşətli hadisə baş verib.

ANS PRESS-in xarici mətbuata istinadla verdiyi məlumata görə, "Times" meydanı yaxınlığındakı stansiyada qeydə alınan hadisə zamanı 58 yaşlı Ki-Suck Han ilkin məlumata görə, əqli problemi olan və səs küy salan sərnişinlərdən birini sakitləşdirmək istəyib. Lakin adı açıqlanmayan şəxs onu metro relsinin üzərinə itələyib. Bu zaman platformaya daxil olan qatar onun üzərindən keçib.

Hadisə zamanı metroda olan Umar Abbasi adlı fotoqraf kişinin son anlarını əks etdirə bilib. Bu hadisədə ən böyük əks-səda doğuran isə məqam isə fotoqrafın kömək etmək yerinə foto çəkməsi olub. Qəzet isə hadisə ilə bağlı yaydığı açıqlamada fotoqrafın 58 yaşlı kişini xilas etməyə cəhd etdiyini bildirib. "Abbasi qatara doğru qaçıb və ordakı vəzifəli şəxsi xəbərdar etmək üçün tez-tez aparatın işığını yandırıb söndürüb".

Umar Abbasi isə açıqlamsında relslərin üzərindəki insanı görən kimi kömək məqsədilə qaçmağa başladığını deyib. "O an bir necə şəkil çəkdim ancaq nə çəkdiyimin fərqində belə deyildim. O vaxt ancaq maşinistin işıqları görərək dayanmasına çalışırdım. Hadisə baş verən yerdən uzaq idim. Hər şey 22 saniyədə oldu. Mən qaçsaydım belə ona kömək etməyə çatmazdım. Hadisənin yaxınlığında olanlar belə onu çəkmək üçün heç nə etmədi".

Suk Hanı relsin üzərinə itələyərək ölümünə səbəb olan şəxs isə 30 yaşlı evsiz Naeem Davis adlı şəxs olub.

 





05.12.2012    çap et  çap et