525.Az

Dollar bahalaşıb


 

Dollar bahalaşıb<b style="color:red"></b>

Bu gün aprelin 6-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi cüzi möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 7-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0009 manat və ya 0,09% bahalaşaraq 1,0496 manat səviyyəsində qərarlaşıb.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0039 manat və ya 0,34% ucuzlaşaraq 1,1482 manat olub.

 





07.04.2015    çap et  çap et