525.Az

“Qadın da ağac kimidir...” - Yeni kitab


 

“Qadın da ağac kimidir...” <b style="color:red"> - Yeni kitab</b>

İstedadlı şair tərcüməçi Narıngülün (Babayeva) “Qadın da ağac kimidiradlı şeirlər kitabıElm təhsilnəşriyyatında işıq üzü görüb. Kitabınön sözmüəllifi xalq şairi Fikrət Qoca, belə demək olarsa, “son sözünün müəllifi isə, tənqidçi Vaqif Yusiflidir. Daha dəqiq desək, tənqidçinin 2003- ildəƏdəbiyyatqəzetində dərc edilmişSonuncularadlı yazısı ixtisarla kitaba daxil edilib. Bu kitabın görünən tərəfləridi. Bəs görəsən Narıngülün cəmi 80 səhifəlik kitabında verilmiş şeirləri necədi?

 

Əvvəlcədən bildirim ki, Narıngülün şeirləri həmişə məndə maraq oyadıb. Ancaq bu kitabdakı şeirlər daha ürəyimcə oldu. Çünki bu kiçik həcmli şeirlərdə konkretlik, özünəməxsus məna məzmun var. Müasir, modern üslubda olan bu yazılarda təbii olaraq kədər qədər üstünlük təşkil etsə belə, onların içində parlayan işıq da oxucunun gözündən yayınmır. Ancaq fərqli düşüncə ifadə tərzi kimi bu işıq da müəllifin öz işığıdı.

 

 

...Səndən sonra

 

çox şeylər oldu,

 

anlada bilmirəm...

 

o qədər ağladım ki,

 

yaz gəldi.

 

 

Bu gün müasirlik adına sırınmış o qədər anlaşılmazquraşdırmalarmeydana gəlir ki, nəinki zövq almaq, heç onlardan baş açmaq da olmur. Ancaq mən Narıngülün şeirlərini sanki həzin bir musiqi sədasının müşayiəti ilə dinlədim. Belə desək, bu klassik musiqi ilə müasir musiqinin sintezi olan gözəl bir melodiyanı xatırladırdı. XüsusiləQış lövhəsişeiri özü bir ahəng yaradır.

 

 

Gecəyə

 

qar yağır,

 

Gəlin köçür,

 

ar yağır...

 

Küçə qarla,

 

pambıqla,

 

qarla döşənib

 

 

Ağaclar

 

çəliyə söykənmiş qarıya,

 

qar qıza,

 

qarıya bənzəyir.

 

 

Narıngülünmübarəksöylədiyi elə saf bir dünyası var ki, bu hər kəsə qismət olmaz. O özü bir insan kimi safdı, kimsəylə işi yoxdu, başqaları üçün bəlkə çox şey etməsə belə, ona zərbə vurmaz, yamanlamaz, paxıllıq etməz, qəzəbdən püskürməz. Yoxsa o, belə şeirləri yaza bilməzdi ki. Şeir şairin tərcümeyi-halıdı, özü ən səmimisi... “Qaçdım adilikdənadlı şeir fikrimi təsdiq edə bilər.

 

Qaçdım adamlardan gücüm çatınca,

 

Qaçdım adilikdən sirrə sığındım.

 

Mən coşmuş bir çayam qurumadım ki,

 

Geri çəkildikcə sözə yığıldım. 

 

 

Narıngülün söylədiyi həqiqətlər bir tərəfdən adama o qədər doğma gəlir ki, çünki bu hissləri sən yaşamısan, sən yanmısan, amma bu yaşantıları kimsə yox, Narıngül belə gözəl poetik şəkildə qələmə alıb:

 

 

...Mən ucqar küçəylə qaçırdım,

 

Kimsəsiz bağlardan qadın

 

 ətri gəlirdi.

 

Uzaqdan

 

onun

 

əllərini görürdüm.

 

Onun əllərini.

 

Yasəmən müjdəli yalqız...

 

 

... sonda NarıngülünBayraqlaradlı bu balaca şeiri Vətən adına yazılmış cild-cild kitablardakı bağırtı, pafos, boğazdan yuxarı söz xətrinə deyilmişlərdən çox-çox qiymətli gəldi mənə.

 

 

...Bayraqları torpaq üstə atmayın.

 

Torpağı bətnimizlə

 

hifz etməyə hazırıq.

 

 

Bayraq güllə saxlamır,

 

Torpaq güllə keçirmir.

 

Biz

 

bir az da torpağıq.

 

Biz

 

bir az da bayrağıq

 

bətnimizdə güllələr.

 

 

cismimiz çilənmiş qan

 

Qanda döyüş havası.

 

Biz hamımız Vətənik

 

Torpaqla bayraq arası!

 

 

...İnanıram ki, bu kitabından sonra Narıngülü bir şair olaraq sevənlərin sayı daha da artdı.

 

Mina RƏŞİD

 

 





05.12.2012    çap et  çap et