525.Az

MM-in komitə sədri İstanbulda beynəlxalq foruma qatılacaq


 

MM-in komitə sədri İstanbulda beynəlxalq foruma qatılacaq<b style="color:red"></b>

Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Xəzər Strateji İnstitutunun enerji məsələlərinə həsr olunmuş forumunda iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdədir.

525.az-ın məlumatına görə, komitə sədri tədbirdə çıxış edəcək, həmçinin, müzakirə olunacaq məsələlərə öz münasibətini bildirəcək, fikirlərini açıqlayacaq.
Səfər dekabrın 6-da başa çatacaq.

Kamil Həmzəoğlu

 





05.12.2012    çap et  çap et