525.Az

Qızlara mobil telefonla danışmaq yasaqlandı


 

Qızlara mobil telefonla danışmaq yasaqlandı<b style="color:red"></b>

Hindistanda qəribə bir qadağa qüvvəyə minib.

Belə ki, ölkənin şimalında zərif cinsin nümayəndələrinə mobil telefondan istifadə yasaqlanıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, artıq Bixar ştatının rəsmiləri bu qadağa faktı ilə araşdırmaya başlayıb.

Tupmani kəndinin icması subay xanımların evdən kənarda mobil telefondan istifadəsi zamanı 200 dollar cərimə ödəməsi barədə qərar veriblər. Belə qadağaya səbəb son bir necə ayda bir necə qızın sevgililəri ilə evlənmək məqsədilə evdən qaçması olub.

Qeyd edək ki, bu ilk qadağa deyil. Çünki bir müddət öncə bir başqa hind kəndində də analoji qərar qəbul edilmişdi. Lakin hər şey kağız üzərində qalmışdı.

 

 





05.12.2012    çap et  çap et