525.Az

Balakəndə bir gündə ikinci dəfə zəlzələ oldu


 

Balakəndə bir gündə ikinci dəfə zəlzələ oldu<b style="color:red"></b>

Bu gün saat 17:13 radələrində Balakəndə növbəti dəfə 3,6 maqnitudalı zəlzələ baş verib.

525.az-ın Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Zaqataladan 29 km qərbdə, Balakən- Gürcüstan sərhədində baş verən zəlzələ Balakən rayonunda 3 bala qədər hiss olunub.

Qeyd edək ki, bu gün saat 15:49 radələrində Zaqataladan 31 km qərbdə, Balakən-Gürcüstan sərhədində 3,6 maqnitudalı zəlzələ baş verib. Zəlzələ Balakən rayonunda 3 bala qədər hiss olunub.

Tikililərdə dağıntı yoxdur.

 





05.12.2012    çap et  çap et