525.Az

Bəhruz Kəngərlinin Tiflis həyatı və yeni tapılmış bir əsəri


 

Bəhruz Kəngərlinin Tiflis həyatı və yeni tapılmış bir əsəri <b style="color:red"></b>

 

Musa QULİYEV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

 

Gürcüstan Milli Arxivinin fondlarında elmi axtarışlar apararkən Azərbaycanın məşhur rəssamı, boyakarı qrafik ustası Bəhruz Şirəlibəy oğlu Kəngərlinin 1910-cu ildə TiflisdəQafqazcəmiyyəti nəzdində təhsil aldığıZərif sənətləri həvəsləndirməməktəbinin nizamnamə hesabatlarına rast gəldik. Bu sənədləri öyrənərkən məlum oldu ki, Bəhruz Kəngərlinin təhsil aldığı məktəb Peterburq Rəssamlıq Akademiyasının tabeliyində olub. Qeyd edək ki, 1873- ildə TiflisdəBədiicəmiyyət yaradılır. 1874- ildən etibarən isə həmin cəmiyyətin nəzdindəRəsm məktəbifəaliyyətə başlayır. 1897-ci ildə böyük rus rəssamı İ.RepinTiflisdə incəsənət məktəbi lazımdırmı?” adlı bir məqalə ilə o dövrün populyar rəsmi qəzeti olanKavkazda çıxış edir. Rəssam bu tarixi məqaləsində belə bir məktəbin Qafqazda vacibliyini önə çəkir.

 

Çar hökuməti 1876- ildən fəaliyyət göstərənQafqazcəmiyyəti nəzdində yaradılanZərif sənətləri həvəsləndirməməktəbini Peterburq Rəssamlıq Akademiyasının tabeçiliyinə verir. Bu tabeçiliyin tarixi 1902-ci ildən başlayır.

 

Bu məktəbdə oxumaq üçün imtahan verməyə gələn hər bir gənc hökmən 33 bəndlik nizamnamə ilə yaxından tanış olmalı idi. Şirəlibəy sevimli oğlunun qeyri-adi istedadını görüncə onu TiflisdəkiRəssamlıq heykəltəraşlıq məktəbi gətirir. Şirəlibəy Tiflisə gələrkən Əliqulu Qəmküsarın qonağı olur. Əliqulu Qəmküsar Bəhruzun bu istedadını yüksək qiymətləndirir Mirzə Cəlillə birlikdə Oskar Şmerlinqdən Bəhruzun xəstəliyinin nəzərə alınmadan həmin məktəbə qəbul edilməsini xahiş edirlər.

 

Bəhruz Kəngərli 1910-cu ildə müvəffəqiyyətlə imtahan verib həmin məktəbin tələbəsi olur. Onunla birlikdə oxuyan Vladimir (Lado) Qudiaşvili, Mixail Çiaureli, Keto Maqalaşvili XX yüzilliyin görkəmli sənətkarlarıdır. Bu məktəbdə, əsasən, naturadan rəsm çəkilirdi. Tələbələr gips modellərlə işləyir, kompozisiyaları öyrənirdilər. Məktəbin direktoru, görkəmli rəssam qrafik ustası Oskar Şmerlinq idi. Milliyyətcə alman olan Şmerlinq öz taleyini Gürcüstanla bağlamış onun ictimai həyatında fəal iştirak etmişdir. Yeri gəlmişkən qeyd edək ki, o, Cəlil Məmmədquluzadənin nəşr etdirdiyiMolla Nəsrəddinjurnalının rəssamı, yazıçının  yaxın dostu idi. Bizcə, Bəhruzun həmin məktəbə qəbul edilməsində Mirzə Cəlilin köməkliyi olub. Bəhruzun babası Murtuza ağanın Əşrəf adlı oğlu nəvəsi Gövhər xanımı Tiflisə oxumağa apararkən Mirzə Cəlilin qonağı olub. Sonralar Gövhər xanım həmin jurnalın yaxın əməkdaşlarından olan təbrizli Ağazeynalla ailə qurub 1922-ci ildən sonra Təbrizə gedib. Gövhər xanımın oğlu Turxan Gənceyi 1985-ci ildə Fransadan Bakıya gəlib müsahibələrində anasının Naxçıvan Kəngərlilərindən olduğunu söyləyib.

 

Mirzə Cəlilin naxçıvanlı Nəcəfov qardaşlarının məslək dostları olan Şmerlinq TiflisdəkiRəssamlıq heykəltəraşlıq məktəbinin əsas müəllimi 1901-1922-ci illərdə fasiləsiz direktoru olub. Özünün ayrıca rəssamlıq rəsmçəkmə sinfi var idi. O, siyasi məişət mövzularında rəsmlər çəkirdi. Bu rəsmlər Gürcüstanın dövri mətbuatında mütəmadi çap edilirdi. Bizcə, Bəhruz Kəngərli onun sinfində təhsil alıb.

 

Digər müəllim italyan rəssamı L.Lonqo idi. O, 1889-cu ildə Tiflisə gəlib 1910-1914- illərdə bu məktəbin müəllimi olub.

 

Q.QrinevskiQafqazcəmiyyətindəki məktəbin qrafik müəllimi idi. Milliyyətcə polyak olan Qrinevski əla akvarel ustası olub. İndi onun əsərləri MDB məkanında sərgilərdə nümayiş etdirilir.

 

Qafqazcəmiyyəti nəzdində olanZərif sənətləri həvəsləndirməməktəbini bitirənlərə rəssam-müəllim diplomu verilirmiş. Bu haqda Gürcüstanın Xalq rəssamı Lado Qudiaşvili özünün xatirələrində məlumat verib.

 

Bəhruz Kəngərlinin oxuduğu rəssamlıq məktəbinin sənədlərinin axtarışı davam edir. Maraq üçün deyək ki, Lado Qudiaşvilinin qızı Çukurtma Qudiaşvili hazırda Tiflisdə yaşayır. Onun atasının ev-muzeyi indi Şəkil Qalereyasına çevrilib. Orada Lado Qudiaşvilinin əsərlərinin sərgisi nümayiş etdirilir. Həmin qalereyanın bələdçisinin dediyinə görə, keçmiş ev-muzeydə olan sənədlərin, fotoların hara aparıldığını bilmir. Bələdçi qeyd etdi ki, ola bilər, sənədlər fotolar rəssamın qızında olsun.

 

Həmin sənədləri fotoları axtarmaqda məqsədimiz B.Kəngərlinin o illərdə məktəbli dostları ilə birlikdə çəkdirdikləri fotoşəkilləri əldə etməkdir. Bu səbəbdən Çukurtma Qudiaşvili ilə əlaqə saxlamaq, görüşmək istədik. Amma Tiflisdə olmadığından görüşə bilmədik. O, bizə çox məlumatlar verə bilər. Bəhruz onun atasının rəsmini çəkib: “Lado”. Həm sevimli müəllimi O.Şmerlinqin rəsmini çəkib. Onun da varislərindən Tbilisidə yaşayanlar var. Onlarla görüşmək yeni sənədlərin üzə çıxarılmasına kömək edə bilər.

 

Naxçıvana müəllim-rəssam diplomu ilə dönən Bəhruz Kəngərli çoxlu sayda rəsm əsərləri yaradıb. Bunlar haqqında rəssamın yaradıcılığını tədqiq edənlər ətraflı məlumatlar vermişlər.

 

Görkəmli rəssam 1916- ildə Naxçıvanın ilk ziyalı qadınlarından biri olan Nazlı xanım Tahirovanın da (Nəcəfovanın) rəsmini yüksək zövqlə işləyib. Varislərin dediyinə görə, B.Kəngərli həmin rəsm əsərini Nazlı xanıma toy hədiyyəsi olaraq təqdim edib. Həmişə olduğu kimi, rəsmin altında imzasını tarixi öz əli yazıb. Bu portret-rəsm əsəri indiyədək aşkarlanmadığından rəssamın əsərlərinin kataloquna düşməmişdir. Uzun illər boyu Nazlı xanımın varisləri bu qiymətli əsəri qoruyub saxlamışlar. Biz həmin portreti axtarıb tapdıq ilk dəfəŞərq qapısıqəzeti vasitəsilə oxuculara təqdim etdik.

 

İnanırıq ki, görkəmli rəssam Bəhruz Kəngərlinin digər naməlum əsərləri tapılacaq onun orijinal mövzulu sərgilərini bəzəyəcək.

 

 





05.12.2012    çap et  çap et