525.Az

AZAL Bakı-Moskva-Bakı aviareyslərinin sayını ikiqat artırır


 

AZAL Bakı-Moskva-Bakı aviareyslərinin sayını ikiqat artırır<b style="color:red"></b>

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Boeing 787 Dreamliner” Bakı-Moskva aviareysi ilə ilk uçuşunu həyata keçirirb.

“APA-Economics” “Aviation Explorer” nəşrinə istinadən xəbər verir ki, “Arzuların layneri” bu gün “Domodedovo” hava limanına enib.
 
Qeyd edək ki, Bakı-Moskva-Bakı marşrutu ilə gündəlik 4 aviareys yerinə yetirilir.
 
Məlumatda qeyd edilir ki, cari ilin may ayının 1-dən etibarən AZAL əlavə olaraq gündəlik 4 reys və həftənin cümə axşamından bazar gününədək yerinə yetiriləcək 2 reys açmaq niyyətindədir.

 





09.04.2015    çap et  çap et