525.Az

Əziz Nesinin oğlu deputatlığa namizəd ola bilmədi


 

Əziz Nesinin oğlu deputatlığa namizəd ola bilmədi<b style="color:red"></b>

Türk ədəbiyyatının önəmli yazıçılarından Əziz Nesinin oğlu jurnalist yazıçı Ahmet Nesin Xalqların Demokratik Partiyasından (HDP) Antalyadan millət vəkili namizədi göstərilməməsə də “Partiyama xidmətim davam edəcək”, - deyib.

Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, Ahmet Nesin siyahıya düşmədiyi bəlli olandan sonra açıqlama verib:
 
“HDP-yə deputatlığa namizədlik üçün təxminən 1500 nəfərin müraciət etmişdi. Dostlarımız bir aylıq bir yoxlamadan keçib. Qiymətləndirmə aparılıb. Bu qiymətləndirmənin nəticəsində 550 yoldaşımız seçkiyə qatılacaq. Biz də sonuna qədər onların yanında olacağıq. Bu seçim çox təbiidir. Bu seçkidə başqa dostlar seçilməyə haqq qazandı”.

Namizəd göstərilməməsinin sürpriz olmadığını dilə gətirən Nesin deyib: “Bizim dostlarda deputat olmaqdan çox, bu dövr üçün deyirəm, Türkiyəyə sülhsi gətirməyin mübarizə içindəyik. 12 sentyabr dövlət çevrilişi konstitusiyası var. Demokrat olduğunu deyən deputatlar belə bunu dəyişdirmədi. 10 faiz hədd dəyişmədi.

Bizdə o zaman bu faşist qanunu seçkiyə qatılaraq yox edərik. O səbəblə bu seçki bizim üçün çox əhəmiyyətlidir.
 
Hazırda HDP-nin seçkilərdə qazanacaq səs faizi 13-dür. Türkiyədə gələcək qorxusunu HDP olaraq biz məhv edəcəyik. Bunu eetmək məcburiyyətindəyik”.

 





09.04.2015    çap et  çap et