525.Az

Telejurnalist güllələndi


 

Telejurnalist güllələndi<b style="color:red"></b>

Nalçikdə baş vermiş bu cinayəti naməlum şəxsləri törədib

Kabardin Balkar Respublikası Dövlət Teleradio Verilişləri şirkətinin aparıcısı Kazbek Gökkiyev naməlum şəxslər tərəfindən güllələnib.

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, onunla birlikdə «Vest KBR»-də xəbər buraxılışında aparıcılıq edən Marina Yaroslavskaya deyib:«Kazbeki güllələyəndə efir vaxtımızı başa çatmışdı və evə dağılışırdıq».

Mənbənin məlumatına əsasən, Gekkiyevi avtomatdan küçədə kəllə nahiyəsindən güllələyiblər.

Bir müddət öncə adları açıqlanmayan qrupun təmsilçiləri şirkətin daha iki aparıcısını ölümlə hədələmişdi.

 





06.12.2012    çap et  çap et