525.Az

Təhsil Problemləri İnstitutunda məktəb psixoloqlarına kurs keçirilib


 

Təhsil Problemləri İnstitutunda məktəb psixoloqlarına kurs keçirilib<b style="color:red"></b>

Təhsil Problemləri İnstitutunda (TPİ) Bakı şəhərinin Xətai, Nizami, Suraxanı rayonlarının məktəb psixoloqları ilə "Təhsil sistemində psixoloji biliklərin tətbiqi" mövzusunda təlim kursu keçirilib.

İnstitundan verilən məlumata görə, təqdimatda institun psixologiya və yaş fiziologiyası şöbəsinin baş elmi işçisi Ramiz Əliyev, informasiya şöbəsinin müdiri Almaz Həsrət, Təhsil Texnologiyaları Mərkəzinin müdiri Muxtar Həsənov və institutun əməkdaşları iştirak ediblər.

Kursun gedişində məktəbdə psixoloji biliklərin təbliği, maarifləndirmə və profilaktika, təhsil prosesi iştirakçılarının diaqnostikası və korreksiyası, onlarla təşkil edilən psixoloji konsultasiyaların xüsusiyyətləri, konsiliumların təşkili qaydaları haqqında məlumatlar verilib, praktik yolları öyrədilib. Təlim kursları psixologiya və yaş fiziologiyası şöbəsinin elmlər doktoru proqramı üzrə əyani doktorantı, dosent Limunət Əmrahlı tərəfindən aparılıb.

Təlim müddətində məktəb psixoloqlarının təhsil sistemində aparılan kurikulum islahatlarına cəlb olunmalarına daha çox diqqət yetirilib. Bu məqsədlə kurikulumun əsas məqsədi olan şagird şəxsiyətinın formalaşdırılması və koqnitiv bacarıqların yaradılması prosesində məktəb psixoloqlarının üzərinə düşən vəzifələri aydınlaşdırılıb.

Kursun gedişində müasir psixologiyanın ən aktual məsələləri, həmin məsələlərin tədris prosesi ilə əlaqələndirilməsi, insan şəxsiyyətinə koqnitiv və transpersonal yanaşmalar haqqında da mühüm məlumatlar verilib.

Limunət Əmrahlı bildirib ki, məktəb psixoloqları ilə aparılan bu tipli təlimlər məktəb mühitinin psixolojiləşdirilməsi baxımından çox əhəmiyyətlidir. Məktəb psixoloqlarının Təhsil Nazirliyinin köməyinə və dəstəyinə böyük ehtiyacı var:

“Xüsusilə, məktəb psixoloqların fəaliyyətini nizamlayan Əsasnamənin təsdiq edilməsi, bu əsasda hüquqi və təlimati sənədlərin işlənməsi, müvafiq strukturların yaradılması olduqca vacibdir.”

Kursun sonunda TPİ-nin direktor müavini Ənvər Abbasov kursu uğurla başa vuran iştirakçılara Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun sertifikatlarını təqdim edib.

Vəfa MƏMMƏDLİ

 





09.04.2015    çap et  çap et