525.Az

“Avropada Kiyevin Minsk razılaşmalarına necə maneə törətdiyini gördülər”


 

“Avropada Kiyevin Minsk razılaşmalarına necə maneə törətdiyini gördülər”<b style="color:red"></b>

“Avropada gördülər ki, Kiyev Minsk razılaşmalarına maneələri necə törədir”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov belçikalı həmkarı, Avropa Şurası Nazirlər Kabinetinin sədri Didye Reynderlə görüşü zamanı bəyan edib.
 
“Artıq Avropa ölkələrinin paytaxtlarında etiraf edilir ki, bu mühüm razılaşmasının həyata keçirilməsində əsas maneə rəsmi Kiyevin addımlarıdır. Avropa İttifaqı ölkələrində dərk etdilər ki, Donbasın xüsusi statusu haqqında qanunu işə salmalı olan Ukrayna öhdəliklərinin yerinə yetirilməsini Minsk razılaşmalarının mahiyyətinə zidd olan bir sıra tələblərlə əlaqələndirir”, - deyə o vurğulayıb.
 
Qeyd edək ki, aprelin 2-də Fransanın “Le Monde” nəşri Parisin Kiyevi Donbasdakı münaqişənin nizamlanması üzrə öhdəlikləri tam yerinə yetirməməsində ittiham etdiyi haqqında yazıb.

 





09.04.2015    çap et  çap et