525.Az

Bir neçə rayona prokuror təyin edilib


 

Bir neçə rayona prokuror təyin edilib<b style="color:red"></b>

 Azərbaycanda daha bir neçə rayona yeni prokuror təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Pənah Abbasov və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mövlud Osmanov tutduqları vəzifədən azad edilərək müvafiq olaraq İmişli və Oğuz rayonlarına prokuror vəzifəsinə təyin ediliblər.
 
Baş prokurorun digər əmri ilə Həsən Mirzəyev Balakən rayon prokuroru vəzifəsinə təyin edilib

 





06.12.2012    çap et  çap et