525.Az

“8 mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib”


 

“8 mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib”<b style="color:red"></b>

Azərbaycanda 2006-cı ildən indiyə qədər 484 insan alveri faktı qeydə alınıb.

Lent.az-ın verdiyi məlumata görə, bunu ATƏT-in təşkil etdiyi İnsan Alverinə və Məcburi Əməyə qarşı Mübarizə Sahəsində Əməkdaşlığın Gücləndirilməsinə dair Beynəlxalq Konfransda daxili işlər nazirinin müavini, Azərbaycan Respublikasının İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatoru Vilayət Eyvazov söyləyib.

Vilayət Eyvazov bildirib ki, bu faktlarla bağlı 363 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 225 cinayətkar qrup zərərsizləşdirilib: “Onlardan 8-i mütəşəkkil cinayətkar qrupdur. Bu dövr ərzində 473 insan alveri qurbanı azad edilərək reinteqrasiyaya cəlb olunub”.

O deyib ki, insan alveri qurbanlarına verilən müavinət cari il ərzində 2 dəfə artırılıb, 400 manat, başqa sözlə, 510 dollar müəyyən edilib.

 





06.12.2012    çap et  çap et