525.Az

İranda baş verən zəlzələ nəticəsində 8 nəfər ölüb, çoxlu sayda yaralı var


 

İranda baş verən zəlzələ nəticəsində 8 nəfər ölüb, çoxlu sayda yaralı var<b style="color:red"></b>

Dünən axşam saatlarında İranın şərqində, Cənubi Xorasan vilayətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində 8 nəfər həlak olub, xeyli sayda insan yaralanıb.

APA-nın “Fars” agentliyinə istinadən yaydığı məlumata görə, 14 yaralının vəziyyəti ağırdır. Zəlzələ qurbanlarının əksəriyyəti dağıntıların daha çox qeydə alındığı Cənubi Xorasan vilayətinin Zehan şəhərindəndir. Vilayət rəhbərliyinin fövqəladə hallar üzrə müavini Məhəmmədəli Axundi hazırda təbii fəlakət zonasında xilasetmə işlərinin davam etdiyini deyib. Zəlzələ nəticəsində dəyən zərərin miqdarı hələlik məlum deyil.

 





06.12.2012    çap et  çap et