525.Az

Tələbə qız yatağında ölü tapılıb


 

Tələbə qız yatağında ölü tapılıb<b style="color:red"></b>

Dekabrın 5-də Bakıda meyiti tapılmış tələbə qızın ölümü ilə bağlı bəzi məqamlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, Yevlax rayonunda doğulub, məktəbi bitirmiş 1993-cü il təvəllüdlü Qasımova Nərgiz Kərim qızı Nizami rayonu, Naxçıvanski küçəsi ev 12-də nənəsi ilə birlikdə kirayədə qalıb. Bakı Dövlət Universitetinin fizika fakültəsinin 3-cü kursunda oxuyan qızın nənəsi keçən həftə rayona gedib. N.Qasımova evdə tək qalıb. Həftənin birinci günü isə o, dərsə getməyib. Tələbə yoldaşları zəng vursalar da, 19 yaşlı qız telefona cavab verməyib. Bu, hal 2 gün davam edib. Nəhayət rayondan ailə üzvləri və tələbə yoldaşları həmin ünvana gəliblər. Onlar gənc qızın meyitini yatağında aşkarlayıblar.

Məlumata görə, qəfil dünyasını dəyişmiş qız Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi olub. Onun ölüm səbəbi hələlik məlum deyil. Ölüm faktı ilə əlaqədar ekspertiza təyin edilib.

 





06.12.2012    çap et  çap et