525.Az

"Monitorinq imtahanlarının nəticələri Təhsil Nazirliyinə veriləcək"


 

"Monitorinq imtahanlarının nəticələri Təhsil Nazirliyinə veriləcək"<b style="color:red"></b> Sınaq imtahanları təlimata uyğun keçirilib və heç bir qayda pozuntusu qeydə alınmayıb.

Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanın təşkili şöbəsinin müdiri Arzu Bağırov bildirib.

Onun sözlərinə görə, imtahanlar Bakı və Gəncədə iki növbədə - saat 09.00 və 14.00-da, qalan rayonlarda isə bir növbədə - saat 10-da başlayıb və qəbul imtahanlarının texnologiyasına uyğun olaraq 3 saat davam edib. İmtahanın nəticələri yaxın 3 gün ərzində açıqlanacaq.
 
A. Bağırov qeyd edib ki, aprelin 10-da keçirilmiş monitorinq imtahanları test yox, yazılı imtahan olduğundan nəticələrinin elan edilməsi bir qədər vaxt aparacaq. İmtahan nəticələri xüsusi markerlər tərəfindən yoxlanacaq və nəticələr təhlil edilərək Təhsil Nazirliyinə veriləcək.
 





13.04.2015    çap et  çap et