525.Az

Bakıda 8 min toyuğu oğurladılar


 

Bakıda 8 min toyuğu oğurladılar<b style="color:red"></b>

Bakıda oğurluqla məşğul olan şəxslər tutulub.
 
525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xəzər RPİ 3-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-də Mürvət Həsənliyə məxsus fermadan 8000 ədəd ev quşunu oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakinləri Cavanşir Kərimov, Mühəddin Cəbiyev və Zakir Sadıxov tutulub.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

 





06.12.2012    çap et  çap et