525.Az

“Yağış və qarın yağması sürüşmə zonasında vəziyyəti daha da gərginləşə bilər”


 

“Yağış və qarın yağması sürüşmə zonasında vəziyyəti daha da gərginləşə bilər”<b style="color:red"></b>

"Sürüşmə zonasında stabilləşmə gözləyə bilmərik. Hazırda ərazidə stabilləşmə yoxdur”.

 APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov Bakının Badamdar qəsəbəsindəki sürüşmə zonasına baxış keçirdikdən sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sürüşmənin qarşısı alınmalıdır. A. Şərifoun sözlərinə görə, payız-qış mövsümündə yağış və qarın yağması vəziyyəti daha da gərginləşdirə bilər. Ona görə də işlər indidən görülməlidir.
 
Qeyd edək ki, bu gün baş nazirin müavini Abid Şərifovun rəhbərlik etdiyi heyət Bakının Badamdar qəsəbəsindəki sürüşmə zonasına baxış keçirib, mövcud vəziyyət müzakirə olunub.
 
Dekabrın 1-i Badamdar qəsəbəsindən 20-ci kilometrə gedən avtomobil yolunun sağ tərəfində sürüşmə baş verib. İlkin sürüşmənin eni 180-220 metr, uzunluğu 250 metrə qədər, çatın görünən dərinliyi isə 4-5 metrə qədərdir.

 





06.12.2012    çap et  çap et