525.Az

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü olub


 

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü olub<b style="color:red"></b> Elmar Məmmədyarov və Edvard Nalbandyan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüblər.

APA-nın Dublinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu açıqlamanı jurnalistlərə nazir Elmar Məmmədyarov verib. Onun sözlərinə görə, görüş dünən Dublində baş tutub. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bəyanatın layihəsini müzakirə ediblər.
 
“Hələlik bəyanatın hansı formada qəbul olunacağı aydın deyil. Əgər mətni dəqiqləşdirsək, bəyanat qəbul olunacaq”.
 
Həmsədrlər həmçinin Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla da görüşüblər. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün mümkünlüyü ilə bağlı sualı cavablandıran Elmar Məmmədyarov bildirib ki, əgər ehtiyac olsa, bu görüş baş tuta bilər: “Həmsədrlər hələlik məkik diplomatiyası ilə məşğuldur”. Nazir görüşün ATƏT XİN Şurası çərçivəsində baş tutmayacağı təqdirdə, onun gələn ilin əvvəllərində keçirilməsi ehtimalının müzakirə olunduğuna dair məlumatı təsdiqləyib: “Böyük ehtimalla bu görüş yanvarın sonunda Parisdə baş tuta bilər. Bu, sırf logistika baxımından sərfəlidir”.
 





06.12.2012    çap et  çap et