525.Az

Anti-islam filmin rejissoru evində gizlənir (VİDEO)


 

Anti-islam filmin rejissoru evində gizlənir (VİDEO)

Müsəlmanları təhqir edən filmin rejissorunun evi mühafizəçilərlə əhatə olunub.

525.az Rusiya mediasına istinadən məlumat verir ki, əsl adı Nakoula Basseley Nakoula olan, ancaq çəkdiyi filmdə Sam Bassley kimliyi altında gizlənən rejissor Los-Angeles polisindən xahiş edib ki, onun təhlükəsizliyini təmin etsinlər. 55 yaşlı rejissor katolik xristianlar tərəfindən də inkar edilən Kıpti xristian icmasının üzvüdür.

Bu arada filmi hazırlayan digər şəxslər barədə də, məlumatlar yayılıb. Filmin reklamçısı 2010-ci ildə “Quranı yandırma ayini təşkil edəcəyəm” deməsi ilə qalmaqal yaratmış amerikalı rahib Terri Consdur. Filmi ərəbcə dublyaj edərək, qarşıdurmalara səbəb olan Morris Sadek isə Kıpti Məclsinin misirli rəhbəridir.  Baş məsləhətçi Stev Klein da bu xristian cəmiyyətinin fəal üzvüdür.

Xatırladaq ki, "Müsəlmanların məsumiyyəti" adlı film Məhəmməd Peyğəmbərin alternativ həyatını uydurulmuş şəkildə təsvir edərək müsəlmanlarn etirazına səbəb olub. Film böyük nümayişə çıxarılmasa da, internetdə yayılaraq ərəb ölkələrindəki ABŞ diplomatlarının həyatını təhlükə altına qoyub.
 

 





14.09.2012    çap et  çap et