525.Az

Binəqədi: müasir Bakının inkişafda olan bölgəsi


 

Binəqədi: müasir Bakının inkişafda olan bölgəsi <b style="color:red"></b>

Akif Musayev,
AMEA-nın müxbir üzvü

     

 

Binəqədi rayonunda yaşayan bir qrup ziyalını rayon İcra Hakimiyyətinin başçısı ilə görüşə dəvət etmişdilər. Bu görüşün məqsədi mənə əvvəlcədən məlum olmadığı üçün barədə toplaşdığımızı bilmirdim. Görüş zamanı demək olar ki, bütün mətləblər aydın oldu. Təkcə mənə yox, görüşə yığılan Binəqədi rayonunda yaşayan respublikanın müxtəlif elm, ədəbiyyat, incəsənət sahəsində çalışan digər insanlara da. Rayona təzə təyin olunmuş İcra Hakimiyyətinin başçısı Binəqədinin gələcək inkişaf perspektivlərindən, görüləcək işlərdən, qarşıda duran planlardan danışdı. Planlar isə olduqca çox idi. Açığını deyim ki, uzun illərdən bəri sakini olduğum Binəqədidə bu qədər problemlərin olduğunu ağlıma gətirməzdim. Amma görüləcək işlər geniş layihələr haqqında rayona yeni təyin olunmuş başçının fikirləri, mülahizələri böyük maraq doğurduğu kimi, onların qısa müddətdə həyata keçirilməsi inandırıcı gəlmirdi. Yan-yörəmdə oturanlardanbu işləri tez bir zamanda həyata keçirmək mümkün olacaqmısualını eşidirdim. Çox az vaxt keçdi. Görüşə toplaşdığımızın heç bir ili tamam olmayıb. Doğma Bakımızın ən qədim bölgələrindən olan Binəqədi qısa zamanda müasir inkişafın tərəqqinin relsləri üzərinə çıxarıldı. Həqiqətən böyük dəyişikliklərin şahidi olduq. Bu gün inamla demək olar ki, Bakının dörd böyük mikrorayonunu beş qəsəbəsini birləşdirən Binəqədi intensiv işlərin getdiyi, iri sənaye potensialının toplaşdığı bir bölgədir. Ataların gözəl bir sözü var: “Tutulmuş işdən gül ətri gələr”. Son baharın yır-yığış edib köçdüyü bir zamanda Binəqədidə bahar əhval-ruhiyyəsi yaşanır. Bu gün bütün Azərbaycan inkişaf edir. Onun şəhər, rayon qəsəbələri öz simasını sürətlə dəyişir, sosial problemlər durmadan öz həllini tapır. İndi bu işlər Binəqədi rayonunda bir az da sürətlə aparılır. Etiraf etmək lazımdır ki, Binəqədi şəhər rayonu kimi ümumi inkişafdan bir qədər geri qalırdı. Üst-üstə yığılıb qalan problemlər isə həllini gözləyirdi. Hazırda rayonda tamam başqa bir mənzərənin şahidi oluruq. Binəqədi az qala başdan-başa sökülüb qurulur, sürətlə abadlaşır.

 

Paytaxt Bakı Qafqazın geniş infrastrukturu sənaye potensialı olan ən böyük ticarət, mədəniyyət elm mərkəzi hesab olunur. Nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi doğma şəhərimiz dünyada öz şöhrət gözəlliyi ilə diqqət çəkməkdədir. Sevinmək olar ki, Binəqədi rayonu Bakının bu gözəlliyinə dəyərli özünəməxsus naxışlar vurub, füsunkar mənzərə yaratmaqdadır.

 

Rayonun ərazisinin coğrafi baxımdan böyüklüyü burada aparılan işlərin miqyasını onun əhəmiyyətini artırır. Tapşırılan işə, göstərilən etimada layiq olmaq insanın ən yüksək keyfiyyətlərindən sayılır. Binəqədi rayon İcra Hakimiyyətinin yeni başçısı ziyalılarla görüşündəməni bu vəzifəyə ölkə Prezidenti cənab İlham Əliyev göndərib, etimad göstərib”, dedi. “Mən bu etimada layiqincə cavab vermək üçün hər bir Binəqədi sakininin sosial problemlərini həll etmək, rayonun simasını gözəlləşdirmək, qarşıda duran problemləri həll etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Düşünürəm ki, bu mənim həm vəzifə, həm vətəndaşlıq, həm insani borcumdur. Arzularımızın, layihələrimizin həyata keçirilməsi üçün sizin hər birinizin məsləhətinizə, səmərələşdirici təklifinizə böyük ehtiyacımız var. Gəlin sizli-bizli doğma Binəqədimizi gözəlliklər məskəninə çevirək. İnanın ki, qarşılıqlı anlaşma, təkliflər söyləyib, xeyirxah məsləhətlər verməklə biz buna tez bir zamanda nail olacağıq”.

 

İcra başçısı görüşdəki fikirlərini bu sözlərlə yekunlaşdırdı. Etiraf edək ki, biz böyük ümidlərlə ayrıldıq. Üstündən bir qədər keçməmiş yolum çoxlarının dilində kənd Binəqədi kimi tanınan Binəqədi qəsəbəsindən düşdü. Küçələr təmir tikinti meydançasını xatırladırdı. Hər kəsin imkanı daxilində tikib quraşdırdığı hasarlar sökülüb, qapı bacalar təzələnirdi, özü bunlar vahid bir layihə əsasında həyata keçirilirdi. Hörümçək torunu xatırladan elektrik dirəkləri köhnə naqillər yeni dirəklərlə, kabellərlə əvəz olunurdu. Çox az bir vaxt keçdi. Yolum yenə kənd Binəqədidən düşdü. Ətraf yeni bir görkəm alıbdı. Darvazalar, həyət qapıları təzələnib, müasir hasarlar çəkilib. Qəribə bir şərq memarlığı ilə qarşılaşırsan. Bax belə olan halda adam ona ürəkdən gələn bir səslə kənd Binəqədi yox, Binəqədi qəsəbəsi deyə bilir.

 

Binəqədi qəsəbəsi deyəndə buradakı təbiət tarixi abidəsindən söz açmadan ötmək olmur. Hələ ötən əsrin 38-ci ilində dünya paleontologiya elminə səs salan bir abidə aşkarlandı. Binəqədi qır gölü adlanan sahə elmə yeni töhfələr verdi. Orada qədim vəhşi kəlin kəllə sümükləri, bir qədər sonra isə nəhəng kərgədanın qalıqları tapıldı. Bu, həqiqətən bir möcüzə idi. Alimlər hər iki tapıntının yaşını 190 min il bundan əvvəl qədim Binəqədi ərazisində bərqərar olmuş qır gölündə batdıqlarını müəyyən etdilər. O zaman burada intensiv olaraq paleontoloji tədqiqatlar aparılsa da, ötən əsrin 50-ci illərində bu işlər dayandırıldı.

 

2012-ci ilin baharında Binəqədi rayon İcra Hakimiyyətinin yeni rəhbərliyinin təşəbbüsü, Regionların İnkişafı İctimai Birliyinin maliyyə dəstəyilə AMEA-nın Geologiya İnstitutunun əməkdaşları yeni paleontologiya arxeoloji tədqiqatlara başladılar. Yaxın vaxtlarda açıq səma altında dünyada tayı bərabəri olmayan bir muzeyin yaranması planlaşdırılır. Bu, bizim həqiqətən odlar diyarı olmağımızı əyani şəkildə təsdiqləyəcək.

 

Hazırda Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, Sulutəpə 28 May kimi qəsəbələri, böyük mikrorayonları, geniş yaşayış məntəqələrini birləşdirən bu rayonun ərazisində 300 min nəfərə yaxın əhali yaşayır.

 

Şübhəsiz ki, hər bir qəsəbənin , hər bir mikrorayonun da özünün müxtəlif problemləri var.  Binəqədi hələ sovet dövründən sənayeləşmiş rayon hesab olunurdu. “Binəqədi Oil Company”, “BotMMC ni, B.Sərdarov adına Maşınqayırma Zavodunu, “Bakı PoladtökməATSC ni, “FAB Boya” “Bilfa Boya s. şirkətlərini, Koka-Kola Botler, Lider Kola, “Pepsi Kolakimi iri sənaye müəssisələri şirkətlər fəaliyyət göstərməkdədirlər bu şirkətlərdə neçə-neçə insanlar çalışırlar”.

 

Ölkə prezidentinin imzaladığı “2011-2013- illərdə Bakı şəhərinin onun qəsəbələrinin sosial iqtisadi inkişafına dair Dövlət Proqramı”-nın icrası hazırda Binəqədi rayonunda böyük bir vüsətlə həyata keçirilir. 2012-ci ildə rayonda iqtisadi sosial sahələrin inkişafı məqsədilə 83 milyon 456 min manat məbləğində investisiya qoyulmuşdur. Yanvar-sentyabr aylarında 61 milyon 407 min manatlıq tikinti quraşdırma işləri yerinə yetirilmişdir. Bu, əvvəlki illərə nisbətən 80 faiz çoxdur. Rəqəmlər uğurlardan söz açır, inkişafdan xəbər verir.

 

Binəqədidə yol tikinti işləri ötən illərlə müqayisədə, daha sürətlə aparılır. Rayonun Sulutəpə, Rəsulzadə, Biləcəri, Binəqədi qəsəbələrində. Bu, 35 kilometr məsafə deməkdir. Binəqədi Mehdiabad yolu Binəqədi şosesi tamamilə yenidən qurulmuşdur. Hazırda Biləcəri qəsəbəsində, Y.Hüseynov A.Zeynallı küçələrində, Xocasən qəsəbəsində, Dəyirman yolu, Binəqədi qəsəbəsində, Novxanı yolunda əsaslı təmir işləri aparılmaqdadır. Yol insanların rahatlığı, könül dincliyi deməkdir hamı rahat yolla getməyi xoşlayır. Nəzərə alanda ki, bu yolun hər metri, hər qarışı zəhmət xərc hesabına başa gəlir, sonda isə insanların rahatçılığına xidmət edəcək, insan fərəhlənməyə bilmir.

 

Ölkə prezidenti təkcə Bakının, onun ətraf kənd qəsəbələrinin deyil, bütünlükdə Azərbaycanın şəhər, kənd qəsəbələrinin, onun ən ucqar yaşayış məskənlərinin qazlaşdırılmasına böyük diqqət qayğı göstərir. Qarşıda duran prioritet sahələrdən biri ölkənin başdan-başa qazlaşdırılmasıdır. Binəqədidə təkcə bu ilin 9 ayında uzunluğu 151 kilometr olan yeni qaz xətləri çəkilmişdir. Əhalinin enerji təchizatının yaxşılaşdırılması məqsədilə üç yarımstansiya yenidən qurulmuş, üç yarımstansiyada isə əsaslı təmir işləri aparılmışdır.

 

Qış qapını kəsir, bir azdan soyuqlar, şaxtalar düşəcək. Hər bir evi, hər bir ailəni qarşıda qış qayğıları gözləyir. Binəqədi rayon İcra Hakimiyyəti bu qayğıların həllinə hələ yaz yay aylarından başlayıbdı. Məhəllədaxili istilik xətlərinin bərpası, mövcud qazanxanaların modernləşdirilməsi istiqamətində sürətli işlər həyata keçirilibdir.

 

Uzun illərdir ki, rayonda bir çox evlərin zirzəmilərini su basmışdı. Kommunikasiya xətlərini dəyişmək çətinlik törədirdi. Zirzəmiləri bu sulardan təmizləmək, xətlər dəyişmək özü bir problem hesab olunurdu. Sakinlərdə bir ümidsizlik yaranmışdı, qonum qonşudan eşidirdim ki, bunları heç zaman düzəltmək mümkün olmayacaq. Sən demə, hər bir çətinliyin öhdəsindən gəlmək mümkündür. İşləmək, səy göstərmək, qüvvələri səfərbər etmək lazım gəlirmiş. Rayondakı 31 binada aşağı istilik xətləri yenidən qurulmuş, 9 binada isə bu işlər davam etdirilir. Alim həmkarlarımdan birinin sözlərini xatırlayıram: “Mən Binəqədidəki bu inkişafı görəndə hədsiz sevinirəm, bütün səylər insanın rahatlığına yönəlib biz rahat nəfəs almağa başlamışıq”.

 

Şəhərin ümumi mənzərəsinə yaraşmayan müxtəlif ölçülü su çənləri binaların damında, yerli-yersiz, harada gəldi quraşdırılırdı. Sakinlər çıxış yolunu bunda görürdülər, onları da qınamaq olmur, su hər zaman ehtiyac həyat mənbəyi olubdu. Bu gün rayon ərazisində su təchizatını sutka ərzində təmin etmək məqsədilə geniş layihələr həyata keçirilir. Elə yaşayış məntəqələri var ki, artıq sakinlər 24 saat ərzində sudan istifadə edə bilirlər. Yaxın vaxtlarda belə bir təminat bütün Binəqədidə həyata keçiriləcək. Rayonda poçt rabitə xidmətinin yaxşılaşdırılmasına xüsusi diqqət verilir. Xocasən qəsəbəsində poçt binası tikilib istifadəyə verilmiş, iki yeni ATS binasının inşası üçün yer müəyyənləşdirilərək tikintisinə başlanılmışdır. Fəaliyyətdə olan ATS-lərdə internet xidmətinin tutumu 6 304 port artırılmışdır. Ulu öndər Heydər Əliyev deyirdi: “Təhsil millətin gələcəyidir”. Biz harada yaşayıb, harada işləsək belə, yaşımızdan asılı olmadan, orta məktəblə, təhsillə bağlı oluruq. Sabahımız olan yeni nəsil orta ümumtəhsil məktəblərində formalaşır, inkişaf edir. Bu gün təhsilə ayrılan maliyyə vəsaiti sabahımıza, onun inkişafına hesablanıbdır. Yeni məktəblərin tikintisi, əsaslı təmiri, təzə yaradılan sinif otaqları, müəllim şagirdlərə göstərilən qayğı dövlətimizin diqqət etdiyi sahələrdəndir. Bu il Binəqədi rayonunda 3, 100, 102, 244, 246, 276 saylı məktəbləri əsaslı təmir olunaraq şagird müəllimlərin ixtiyarına verilmişdir. 86, 153, 159, 211, 219,274,294 298 saylı uşaq bağçalarında əsaslı tikintiişləri aparılır. Bu sahədə görüləcək işlərə nöqtə qoyulmayıb, qarşıdakı 2013- ildə o daha geniş əhatəli olacaq.

 

6 saylı Birləşmiş Şəhər Xəstəxanasında F.Əmirov adına musiqi məktəbində əsaslı təmir işləri davam etdirilir.

 

Biz neft kapitalını insan kapitalına çevirməliyik”. Ölkə Prezidenti cənab İlham Əliyevin sözləri Binəqədidə dönmədən həyata keçirilir. Rahatlıq komfort inkişafa, əqli zehni tərəqqiyə xidmət edir. Bu il rayonun orta məktəb məzunları arasında 63 nəfər 600 dən çox, 16 nəfər isə 650 dən çox bal toplamışdır. Bu tələbələrdən 6 nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür. “Ən yaxşı müəllimölkə başçısının sərəncamı ilə rayonun dörd nəfər müəllimi müsabiqənin qalibi olub.

 

Şəhərin ümumi simasında memarlıq baxımından diqqəti çəkən binaların öz yeri var. Bir zamanlar göz oxşayan təzə binalar zaman ötdükcə görkəmlərini dəyişib, gözəlliyə xələl gətirirlər. Hazırda Binəqədi rayonunda binaların müasir materiallarla üzlənməsi, müasir dizaynlı pəncərə blokların quraşdırılması işləri dayanmadan davam etdirilir.

 

Rayonun Azadlıq prospektində Ə.Naxçıvani küçəsində 9 16 mərtəbəli binaların üzlənməsi demək olar ki, başa çatmaq üzrədir. Ümumilikdə, rayonda 100-dən çox binada üzlənmə işləri aparılır.

 

Bir zamanlar rayon sakinlərinin rayon İcra Hakimiyyətinə müraciəti, onların qəbula gəlmələri fərqli şəkildə azalmışdı. Bəziləri bunu müsbət, bəziləri isə mənfi hal kimi qiymətləndirirdilər. Əslində isə vəziyyət tamam başqa cür idi. İnsanlarda inamsızlıq, ruh düşkünlüyü yaranmışdı, onsuz da heç bir müraciətin xeyri olmur deyə düşünürdülər. Bu sahədə fərqli keyfiyyət dəyişikliyi baş veribdir. Hazırda qəbula gələnlər, rayon İcra Hakimiyyətinə müraciət edənlər çoxluq təşkil edirlər. İndi onlar təkcə hər hansı şəxsi problemlərinin həllinə yox, yeni təşəbbüslə, səmərəli təkliflərlə gəlirlər. Bir sözlə, yerli sakinlər rayonun idarəçiliyində, nəcib xeyirxah əməllərin həyata keçirilməsində iştirak edirlər. Bunun nəticəsidir ki, məhəllədəki təmir tikinti işlərində nəzərdən qaçırılan müəyyən məsələlər, unudulan varsa, növbəti məhəllənin abadlaşdırılması zamanı nəzərə alınaraq öz həllini tapır. Məhəllələr oturacaqlarla, uşaq əyləncələri ilə təmin olunur, səkilər salınır, yaşıl otlar döşənir. Rayonun 8-ci mikrorayon ərazisi əsl istirahət parkına çevrilibdir.

 

Rayon İcra Hakimiyyətinin başçısıİnsanların problemlərinin həllindən qorxmaq, qaçmaq lazımdır. Əksinə, bu problemlərin üstünə getmək, onların həllini tezləşdirmək lazımdır. Belə olduqda onlar bizdən bizim işimizdən razı qalacaqlarfikri maraq doğurur.

 

Bu məsələlərə müasir yanaşma metodudur. Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə tez tez görüşməyə, onları qəsəbə qəsəbə, məhəllə məhəllə qəbul etməyə, dinləməyə üstünlük verir. Doqquz ayda keçirilən 32 görüşdə 4500 nəfərdən artıq rayon sakini iştirak edib. Rayon İcra Hakimiyyətinin başçısıHər bir sakinin şəxsi problemlərinin olduğunu, onların həllinin vacibliyini qeyd edərək, onları rayonun problemlərinin həllində yaxından iştirak etməyə, təşəbbüs göstərməyə, fikir söyləməyə, dəyərli məsləhətlərlə çıxış etməyə dəvət edirdi. Sizli bizli hər hansı bir işin qulpundan yapışsaq, bu, daha yaxşı olacaq deyirdi. İndi insanlar evdə su kranının xarab olmasını yox, sutka ərzində su ilə təmin olunmamasını, evinin giriş qapısının yaxşı bağlanmamasını yox, binanın liftinin sıradan çıxdığını, yolların təmirə ehtiyacı olduğunu, məhəllələrdə qocalar, uşaqlar üçün əyləncə istirahət yerləri yaratmağın vacibliyini digər ümumi məsələləri dilə gətirirlər. Necə deyərlər, yeni başçının arzuladığı qarşılıqlı anlaşma Binəqədini qısa müddətdə böyük uğurlara gətirib çıxarıb. İnsanlarla hakimiyyətin isti ünsiyyəti hakimiyyətin xalq idarəçiliyi formasını yaradıb.

 

Rayonda məişət tullantıları sutka ərzində üç dəfə daşınır. Bunun üçün kifayət qədər texnika alınıb, tullantılar üçün min ədədədək yeni konteynerlər gətirilmişdir. Bu konteynerlər harada gəldi qoyulmur. Onlar üçün xüsusi yerlər tikilir. Görünür, “Gəlin şəhərimizi təmiz saxlayaq, təmizliyə riayət edəkkimi şüarların vaxtı çoxdan keçibdir. Əməli görməyin zamanıdır. Binəqədidə bu problem öz həllini tapıb. Hər bir kəs məişət tullantısını haraya gəldi atmır, yerə atdığı bir kibrit çöpünün belə gözəlliyə, təmizliyə xələl gətirdiyinin məsuliyyətini dərk edir. Əmin ola bilərik ki, qəsəbə mikrorayonlardan ibarət olan Binəqədi rayonu tezliklə öz gözəlliyi, təmizliyi füsunkarlığı ilə seçiləcək, onu digərlərinə nümunə kimi göstərəcəklər.

 

Müasir şəhərsalma dünyada ümumi problemlərdən biri sayılır, sivil millətlər, ölkələr arasında elan olunmamış bir yarış gedir. Təəssüflər olsun ki, bu baxımdan Binəqədi rayonunda da ciddi problemlər yaşanmışdır. Qanunsuz tikililər baş alıb getmiş, uzun illər şəhərsalmanın norma qaydalarına əməl olunmamışdır. Neft-qaz yataqları üçün ayrılmış ərazilərdə, su kanalizasiya kəmərlərinin, yüksək gərginlikli enerji xətlərinin, dəmir şose yollarının zolaqlarında heç bir sənəd olmadan, ən yaxşı halda bələdiyyə qərarları ilə minlərlə qanunsuz evlər tikilmiş, həyətyanı sahələr salınmışdır. Bu səbəbdən belə yaşayış sahələrində müxtəlif bədbəxt hadisələr baş verir, yanğınlar olur, evlər uçur. Xatırlayıram ki, bir neçə il bundan əvvəl Rəsulzadə qəsəbəsində həyətində ağac kəsən sakin budağın evinin üstündən keçən yüksək gərginlikli elektrik xəttinə toxunması nəticəsində həyatını itirmişdi. Təəssüflər olsun ki, bu cür hadisələr müxtəlif şəkildə təkrarlanır. Rayonun yeni rəhbərliyi günahkar axtarmaqdansa, problemləri aradan qaldırmağa üstünlük verir.

 

Digər tərəfdən, həmin ərazilərə heç bir mühəndis kommunikasiya xətləri, yollar çəkilməmiş, sosial infrastruktur obyektləri, məktəb, xəstəxana, uşaq bağçaları, müxtəlif xidmət obyektləri yaradılmamış, onlar üçün torpaq sahələri saxlanılmamışdır. Məhz bu cür halların nəticəsidir ki, indi həmin ərazilərdə çoxsaylı çətinliklər yaşanmaqdadır. Amma çətin olsa, bu gün rayon rəhbərliyi problemlərin həllinə çalışır, o yerlərdə sosial infrastruktur yaradılır, müsbət dəyişikliklərə nail olunur.

 

Şəhərimizin ən böyük prospektlərindən olanAzadlıqprospektinin böyük bir kəsiyi Binəqədi rayonu ərazisindən keçir. Hazırda prospektin müasir tələblərə uyğun olaraq geniş layihəsi tutulmuş, dünyanın ölkəmizin təcrübəli memarları bu işə cəlb olunmuşlar. Yaxın vaxtlarda prospektin yenidənqurulmasına başlanacaq. Burada müasir yeraltı, yerüstü keçidlər quraşdırılacaq, piyadalar, velosipedçilər fiziki qabiliyyəti məhdud olan insanlar üçün zolaqlar salınacaq. İctimai nəqliyyatın gediş gəlişi üçün ayrıca yol dayanacaqlar yaradılacaq.

 

Şəhərimizə daxil olan insanlarda ilkin təəssürat şəhərimizin giriş qapısından başlanır. Bütün şəhərlər belədir. Bakı-Sumqayıt yolu Bakını təkcə sənaye şəhəri olan Sumqayıtla birləşdirmir. Bu yol həm şəhərimizin şimal qapısı adlanır. Hazırlanmış geniş layihə əsasında bu yolun ətrafları yaşıl örtüyə, gül-çiçəyə bürünmüşdür. Belə bir mənzərə qonaqlarda könül xoşluğu, yüksək zövq oxşamaqla yanaşı, onların Bakı kimi gözəl bir şəhərə qədəm basmaları barədəxəbərdarlıqedir.

 

Aqillərdən biri deyirdi ki, sən çalış gözəllik yarat. O, həm dünyamızı, həm ürəklərimizi işığa nura qərq edəcəkdir.

 

İşıq nur yaradanlaraSağ ol!”demək isə bizim hər birimizin insani borcumuzdur.
 





06.12.2012    çap et  çap et