525.Az

Kinostudiyada rejissorlarla görüş keçirilib


 

Kinostudiyada rejissorlarla görüş keçirilib<b style="color:red"></b> Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov son illər ekran işləri müxtəlif festivallarda nümayiş olunan rejissorlarla görüş keçirib.
 
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə rejissorlar Mirbala Səlimli, Elçin Musaoğlu, İlqar Nəcəf, Şamil Əliyev, İlqar Safat və Elxan Cəfərov iştirak edib.

Görüşdə “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan filmlərin 2014-cü ildə müxtəlif ölkələrdə keçirilən 52 festivalında iştirak etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bu fakt Azərbaycan kinosunun dünyaya çıxışının, milli kinematoqrafın beynəlxalq inteqrasiyasının uğurlu başlanğıcıdır.

Söhbət əsnasında dünya film fondları və aparıcı kino şirkətləri ilə daha sıx əməkdaşlıq əlaqələrinin yaradılması, Azərbaycan filmlərinin yerli tamaşaçılara tanıdılması, kino nümayişlərinə geniş auditoriyanın cəlb edilməsi yolları müzakirə olunub.
 





15.04.2015    çap et  çap et