525.Az

"Hər kəs Türk əsgərinə güvənir"


 

NATO generalından Türk əsgərinin ünvanına xoş sözlər

"Hər kəs Türk əsgərinə güvənir"<b style="color:red"></b>

NATO-nun Müttəfiq Quru Qüvvələri komandanı Federik Ben Hodges Türk əsgərinin ünvanına təriflər səsləndirib.

NATO-nun hərbi qanadında həyata keçirilən islahatlarla bağlı danışan Ben Hodges yeni komandanlıq mərkəzlərinin yaradılmasının 4 min işçinin ixtisar edilməsi demək olduğunu söyləyib: "Bu addım qənaətə kömək edəcək, amma ən vacibi, daha effektiv komanda-nəzarət mərkəzinin yaranmasına kömək edəcək".

Türkiyənin hər zaman NATO-da mühüm töfhələri olan üzv olduğunu söyləyən Hodges türk əsgərlərinin xüsusilə Əfqanıstanda mühüm işlərə imza atdığını deyib: "Türk əsgəri inanılmazdır. Hər kəs onlara güvənir, eyni zamanda da çox intizamlıdırlar. Bu günə qədər NATO-da təyin olunduğum bütün vəzifələrdə hər zaman yanımda Türk zabitlərinin və əsgərlərinin olmasını istədim. Türk xalqı həqiqətən qürur duymalıdır".

Türkiyəyə "Patriot" sistemlərinin yerləşdirilməsi ilə bağlı qərarın da NATO-nun təsirli fəaliyyətinin mühüm göstəricisi olduğunu qeyd edən general bildirib ki, bu, hücuma deyil, potensial təhdidə qarşı qəbul edilmiş qərardır.

TRT

 





06.12.2012    çap et  çap et