525.Az

Azərbaycan və İran sərhədçiləri birgə hərbi təlimlər keçirəcəklər


 

Azərbaycan və İran sərhədçiləri birgə hərbi təlimlər keçirəcəklər<b style="color:red"></b>

İran və Azərbaycanın sərhəd xidmətiləri sərhədyanı zonada birgə hərbi təlimlər keçirəcək.

 APA-nın “İran News” agentliyinə istinadən verdiyi məlumata görə, bununla bağlı maddə Azərbaycan və İranın sərhəd xidmətlərinin rəis müavinlərinin Ərdəbildə imzaladığı anlaşma memorandumunda əksini tapıb.
 
Qeyd edək ki, memorandum sərhəd təhlükəsizliyini möhkəmləndirmək və ikitərəfli əlaqələri inkişaf etdirmək məqsədilə imzalanıb.
 
Memoranduma İran Sərhəd Xidmətinin rəis müavini Əhməd Qaravand və Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəis müavini Fərhad Tağızadə imza atıblar.

 





06.12.2012    çap et  çap et