525.Az

”Qarabağda turizmin olmaması bizi ciddi şəkildə narahat edir”


 

”Qarabağda turizmin olmaması bizi ciddi şəkildə narahat edir”<b style="color:red"></b>

Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İspaniyanın paytaxtı Madrid şəhərinə səfəri çərçivəsində nazir  BM Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Taleb Rifai ilə görüşüb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, görüşdə bu il mayın 18-19-da Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə təşkil ediləcək turizmin mədəniyyətlərarası dialoqda roluna dair xüsusi sessiyanın son hazırlıq işləri müzakirə edilib. Keçiriləcək sessiyanın qaydaları, tərəfdaşlıq məsələləri, Azərbaycanın beynəlxalq layihələrdə iştirakı da söhbət zamanı diqqət mərkəzində olub.

Görüş zamanı Ümumdünya Turizm Təşkilatı və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikasının Hökuməti arasında üzv ölkədə turizm kadr potensialının gücləndirilməsi sxemi üzrə ekspertin təqdim olunması barədə saziş imzalanıb.

Görüşdə müzakirə mövzusu olan digər məsələ isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində turizm layihələrinin həyata keçirilməsindən yaranan narahatlıq olub. Nazir Əbülfəs Qarayev bildirib ki, növbəti iclaslarda bu məsələ ciddi müzakirə olunacaqdır.

Xatırladaq ki, sammitin ilk günü mədəniyyət və turizm naziri BMT ÜTT tərəfindən təşkil olunan, dünyanın turizm nazirləri və qabaqcıl korporasiya və şirkətlərinin rəhbərləri arasında “dəyirmi masa” formatında görüşdə iştirak edib. O, ölkəmizin turizm imkanları, Ümumdünya Turizm Təşkilatına üzv ölkələrlə sıx əməkdaşlıq mövzusunda çıxış edib.

 





16.04.2015    çap et  çap et