525.Az

"Nabat" 33-cü Fəcr Film Festivalına aparılacaq


 

"Nabat" 33-cü Fəcr Film Festivalına aparılacaq<b style="color:red"></b>

Elçin Musaoğlunun "Nabat" tammetrajlı bədii filmi aprelin 24-dən mayın 2-dək Tehranda keçiriləcək 33-cü Fəcr Beynəlxalq Film Festivalında nümayiş olunacaq.

"Nabat" bu il 300-dən artıq filmin göndərildiyi festivalın "East Panorama" müsabiqə proqramında yer alıb.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyasında 2014-cü ildə lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

S.ABDULLAYEVA

 





16.04.2015    çap et  çap et