525.Az

"Beynəlxalq sərgilər mədəniyyətimizin təbliği üçün gözəl fürsətdir"


 

"Beynəlxalq sərgilər mədəniyyətimizin təbliği üçün gözəl fürsətdir"<b style="color:red"></b>

"Bu sərgi nəşriyyat və informasiya sahəsində xarici tərəfdaşlar ilə əlaqələrin qurulması, Azərbaycanın zəngin mədəniyyətinin və sürətli inkişafının, Qarabağ həqiqətlərinin, "Baku-2015" Avropa Oyunlarının, IV Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkasının təbliği baxımından da mühüm əhəmiyyət daşıyır".

Bu fikri Londonda keçirilən beynəlxalq kitab sərgisində ölkəmizi təmsil edən nümayəndələrdən biri -Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlar ilə iş şöbəsinin baş məsləhətçisi Aslan Cəfərov "Azərtac"a açıqlamasında deyib.

Onun sözlərinə görə, beynəlxalq sərgilər Azərbaycanın zəngin tarixi və mədəniyyətinin dünyada daha yaxından tanıdılması və təbliği üçün gözəl fürsətdir".

Mötəbər tədbir haqqında ətraflı məlumat verən A.Cəfərov qeyd edib ki, ölkə nəşriyyatlarının və nəşr məhsullarının beynəlxalq sərgilərdə nümayişi respublikada aparılan böyük quruculuq prosesinin, elm, mədəniyyət və tarix nümunələrimizin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır.

A.Cəfərov deyib ki, sərgidə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanan, Azərbaycanın milli mənəvi dəyərlərini, zəngin tarixini özündə əks etdirən kitablar nümayiş etdirilir.
 
Sərgi ilə yaxından tanış olan insanlar Azərbaycan xalqının öz milli mənəvi dəyərlərinə sahib çıxmasını yüksək qiymətləndirirlər.

 





16.04.2015    çap et  çap et