525.Az

Atəşkəs pozulub


 

Atəşkəs pozulub<b style="color:red"></b> Ermənistan silahlıları cəbhənin Ağdam, Tərtər və Xocavənd istiqamətlərində atəşkəsi pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən Ağdam rayonunun Mərzili, Şirvanlı və Cəvahirli, Tərtər rayonunun Yarımca kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.
 





07.12.2012    çap et  çap et