525.Az

“Azərbaycanla Ermənistan arasındakı müzakirələrin nəticələnməsi Türkiyənin də önünü açacaq”


 

 “Azərbaycanla Ermənistan arasındakı müzakirələrin nəticələnməsi Türkiyənin də önünü açacaq”<b style="color:red"></b>

“Qarabağ məsələsi ilə bağlı Ermənistanla Azərbaycan arasında gedən müzakirələrinin nəticələnməsini istəyirik”.

APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu “Sabah” qəzetinə müsahibəsində deyib. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İstanbulda keçirdiyi görüşdə Qarabağ məsələsini də müzakirə etdiklərini söyləyib: “Gələn il Azərbaycanda və Ermənistanda prezident seçkiləri olacaq. Bu ərəfədə münasibətlərdə irəliləyiş əldə etmək çətindir. Psixoloji mühit uyğun deyil. Biz Qarabağ məsələsində Ermənistan-Azərbaycan müzakirələrinin nəticələnməsini istəyirik. Bu, Türkiyənin də önünü açacaq”.
 

 





07.12.2012    çap et  çap et