Azərbaycanda şagirdlər üçün keçirilən respublika fənn olimpiadalarının final mərhələsi başa çatıb. Olimpiadada iştirak edən məktəblilərin göstərdikləri nəticələr açıqlanıb.
Təhsil Nazirliyindən (TN) Trend-ə verilən məlumata görə, şəffaflığı təmin etmək üçün şagirdlərin cavab vərəqələri kodlaşdırılaraq münsiflər heyətinə təhvil verilib. Müvafiq yoxlamadan sonra nəticələr müəyyənləşdirilib.
Nəticələr TN-nin rəsmi internet saytında (www.edu.gov.az) və “Facebook” səhifəsində (https://www.facebook.com/tehsil.gov.az) yerləşdirilib.