525.Az

Bakıda partlayış olub:bir qadın ölüb (Yenilənib-2)


 

Bakıda partlayış olub:bir qadın ölüb <b style="color:red"> (Yenilənib-2)</b>

Bu gün saat 13:40 radələrində Bakının Binəqədi rayonundakı çörək sexlərindən birində güclü partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsindəki sexdə baş verib.

Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir. Hadisə yerinə 2 yanğınsöndürən maşın və xilasedicilər yollanıb.

ANS TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, partlayış nəticəsində 1 qadın ölüb, 3 qadın isə yaralanıb.

Hələlik hadisəsnin səbəbi bilinmir.

 





07.12.2012    çap et  çap et