525.Az

İstanbulda Taksim meydanına giriş bağlandı


 

İstanbulda Taksim meydanına giriş bağlandı<b style="color:red"></b>

Türkiyə polisi İstanbulda Taksim meydanına girişi bağlayıb.

Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu, mayın 1-də həmkarlar ittifaqlarının gözlənilən nümayişləri ilə bağlıdır.

Bu gün Türkiyədə həmkarlar ittifaqları İstanbul meriyasına 1 may yürüşünün keçirilməsi üçün müraciət ediblər.

Məlumata görə, İstanbul meriyası Taksim meydanında yürüşün keçirilməsini qadağan edib və bu onunla izah edilir ki, meydanda belə yürüşlərin keçirilməsi üçün yer yoxdur.

 





20.04.2015    çap et  çap et