525.Az

Sumqayıtda dəhşətli yol qəzası- 6 ölü, 3 yaralı


 

Sumqayıtda dəhşətli yol qəzası- <b style="color:red">6 ölü, 3 yaralı</b>

Azərbaycanın Sumqayıt şəhərində 6 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

525.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 04.00 radələrində qeydə alınıb. Bakı şəhər sakinləri Qorxmaz Niftaliyevin idarə etdiyi "VAZ-2107" markalı və Gündüz Cəlilovun idarə etdiyi "Mercedes E-200" markalı avtomaşınların toqquşması nəticədə Q.Niftəliyev və sərnişinləri - Bakı şəhər sakinləri Rövşən Mürşüdov, Sakit Şəmsəddinov və 25-30 yaşlı 2 kişi, habelə G.Cəlilovun 30-35 yaşlı qadın sərnişini hadisə yerində ölüb. Xəsarət almış G.Cəlilov və digər sərnişinləri - Rusiya  Federasiyası vətəndaşları Xədicə Əhmədova və Asiyaq Azayeva xəstəxanaya yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.

 





07.12.2012    çap et  çap et