525.Az

I Avropa Oyunları ilə bağlı TV-lərin proqramında dəyişiklik olacaqmı?


 

I Avropa Oyunları ilə bağlı TV-lərin proqramında dəyişiklik olacaqmı?<b style="color:red"></b>

2015-ci il iyunun 12-28-dək Bakıda I Avropa Oyunları keçiriləcək. Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışacaq. Oyunlarla bağlı Azərbaycanın bir çox dövlət idarələrində və müəssisələrdə xeyli dəyişikliklər olacaq. Görəsən, Avropa Oyunları zamanı televiziyların efir vaxtında hansısa dəyişiklər gözlənilirmi?

Modern.az saytı bu sualla televziyaların mətbuat xidmətlərinə müraciət edib.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin sözçüsü Xatirə Qasımova:

“Bakıda keçiriləcək ilk Avropa Oyunları zamanı idman yarışlarının qrafikinə uyğun olaraq Az.TV-nin proqram şəbəkəsində müəyyən dəyişikliklərin olması istisna deyil.

Bildiyiniz kimi, Avropa Oyunları Əməliyyat Komitəsi ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC arasında imzalanan sazişə əsasən, 17 gün ərzində möhtəşəm tədbirlər və idman yarışları Az.TV və “İdman Azərbaycan” telekanalı vasitəsilə nümayiş olunacaq. Amma bu, Az.TV-nin proqram siyasətinə mane olmayacaq.

ATV telekanalının “Xəbərlər” redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu:

“Oyunlarla bağlı efir vaxtında hər hansı dəyişiklik olmayacaq. Amma iyun ayının 12-dən 28-nə kimi hər gün idman xəbərlərindən əlavə olaraq yarışlarla bağlı idman gündəliyinə həsr olunan veriliş efirə gedəcək.

Verilişdə bir çox qonaq iştirak edəcək. Verilişin adı və ona necə dəqiqlik efir vaxtının ayrılacağı hələ ki müəyyənləşməyib”.

İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, oyunlarla bağlı elə bir dəyişiklik gözlənilmir. Amma hər gün İTV-də yarışların nəticələri ilə bağlı 30-45 dəqiqəlik idman gündəliyinin verilməsi nəzərdə tutulur.

“Xəzər” televiziyasının sözçüsü Aqşin Kamal:

“Artıq ötən həftədən “Xəzər” televiziyasında “Avropa Oyunları” adlı veriliş hər bazar günü saat 17.10-daa yayımlanır. İlk Avropa Oyunlarına hazırlıqla bağlı məlumatlar bu proqramda öz əksini tapır. Avropa Oyunları ərzində verilişin hər gün yayımlanması nəzərdə tutulub. Xəbər buraxılışlarında və idman xəbərlərində bu kimi informasiyalara geniş yer verilir. Ümumiyyətlə, Avropa Oyunları ərzində televiziyamızın xəbər buraxılışlarında da müəyyən dəyişikliklər planlaşdırılır. Eyni zamanda “Xəzər” TV-nin əməkdaşı Nuran Hüseynov Avropa Oyunlarının ulduz səfiridir. Bir sözlə, “Xəzər” TV Bakı 2015 I Avropa Oyunlarına böyük diqqətlə yanaşır”.

ANS telekanalının ictimaiyyətlə əlaqələr müşaviri Mayıs Məmmədov”:

“Avropa Oyunları ilə bağlı efir vaxtında dəyişikliyin olub-olmamasını may ayında deyə biləcəyik. Hələlik bununla bağlı hər hansı qərar verilməyib. Ona görə də nəsə deyə bilmərəm”.

“Lider“ televiziyasından isə bildirildi ki, məsələ ilə bağlı indidən nəsə demək tezdir.

 





21.04.2015    çap et  çap et