525.Az

Rejissor sənəti və milli-mədəni təkamül


 

Rejissor sənəti və milli-mədəni təkamül <b style="color:red"></b>

Azərbaycanın vüsətli sosial-siyasi iqtisadi inkişafında təhsilin rolu misilsizdir. “Yeniləşən Azərbaycana yeni məktəblərşüarı altında  yeridilən siyasət ölkəmizdə intibah səviyyəli bir maarifçilik hərəkatı doğurub. İndi təhsil sözün həqiqi mənasında dövlətçilik strategiyasının əsas istiqamətini müəyyən edir. Azərbaycan təhsilinin intellektual səviyyəsini inteqrasiya imkanlarını artırır. Bu sırada xalq psixologiyasına daha tez davamlı nüfuz edən mədəniyyət təhsili öncül yer tutur.

 

Humanitar ictimai elmlər sahəsində dövlət strategiysını inamla həyata keçirən ADMİU-da rektor professor Timuçin Əfəndiyevin rəhbərliyi ilə mədəniyyət təhsilinin aktual, həlli zəruri problemləri mütəmadi olaraq müzakirə objektinə çevrilir. Bu günlərdə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Böyük Elmi Şurasında xalq artisti, görkəmli rejissor, professor Cənnət SəlimovanınMüasir teatr K.Stanislavskimövzulu məruzəsi dinləndi. Dahi rus teatr rejissoru, aktyoru pedaqoq  Konstatin Stanislavkinin 150 illik yubileyi ərəfəsində dinlənilən bu məruzə öz aktuallığı orijinalığı, fərqli məziyyətləri ilə böyük maraq doğurdu.

 

XIX əsrin sonlarında səhnənin vəziyyəti Stanislavskini təmin etmədiyi üçün, onu bu sahədə bir sıra islahatlar aparmaq düşündürürdü. 1897-ci ildə Nemiroviç- Dançenko dahi rejissoru filarmoniyaya dəvət edərək, onunla teatrın hazırki vəziyyəti ilə bağlı bir sıra məsələləri müzakirə etdilər. Sonralar Stanislavski bu  barədə yazırNemiroviç-Dançenko ilə ilk görüşümüz yeni teatrın yaranmasının əsasını goydu”.

 

Stanislavskinin həyat kredosu yaradıcı fəaliyyətindən həvəslə danışan məruzəcinin professional müasir tərzli şərhləri məruzəni dinləyən Azər Paşa Nemət, Ağakişi Kazımov, Bəhram Osmanov  kimi tanınmış rejissorların diqqətinə səbəb oldu. O. dedi: “Mən bilərəkdən Stanislavski nəzəriyyəsinisistemadlandırmıram . Əvvəla ona görə ki, o özü araşdırmalarını belə adlandırmayıb, ikincisi, o araşdırmaların çətinlikləri belə hesab etməyə əsas vermir. Böyük Stanislavski  bu gün müasirdir, ona görə müasirdir ki, biz hamımız canlı, həqiqi hisslər üçün darıxmışıq.

 

Dövrdən-dövrə adlayan son dərəcə canlı Stanislavski nəzəriyyəsi hər zaman bizim həyatımızı nəsə bir yeniliklə işıqlandırır, yaşamın ən üzücü, ən müstəsna suallarına cavab verməyə şərait yaradır; biz niyə yaşayırıq, niyə dünya fanidir, niyə biz məhz bu cür yaşayırıq. Onun nəzəriyyəsi bizi cavab tapmağa məcbur edir hər dəfə suallar yeni cəhətdən açılır, o bizi özümüz barədə, bizi əhatə edən həyat barədə düşünməyə vadar edir. Bu canlı nəzəriyyə, canlı teatr canlı insan deməkdir. Bu böyük ehtiraslar həmişə cavabını tapacağımıza ümid etmədiyimiz böyük suallar həqiqətidir”.

 

Xalq artisti Cənnət Salimovanın məruzəsində diqqət çəkən məqamlardan biri ilk baxışdan həyat həqiqətinə, xüsusən məntiq ardıcıllığa ehtiyac olmayan bir sahəyə, absurd teatra müraciəti idi. Çıxışında Martin Eslin 1961 –ci ildə çap olunmuşAbsurd teatrəsərinə sökənən natiq dedi: “Stanislavski nəzəriyyəsiylə  absurd teatrının əlaqəsi ola bilər? Məlum olur ki, Stanislavski olmadan, onunTəklif olunmuş vəziyyətə inamı olmadan heç bir absurd vəziyyət tamaşaçılar üçün inandırıcı ola bilməz”.

 

Professor Cənnət Səlimova özünəməxsuz yozumları ilə böyük rejissorun davamcıları inkarcılarından danışdı. MBAT (MXAT) məktəbinin məzunu Azərbaycanın görkəmli rejissoru, səhnəmizin iftixarı Mehdi Məmmədovun Stanislavski nəzəriyyəsinə əsaslanan rejissor sənəti barədə əsərlərini diqqətə çəkdi. Azərbaycanda çağdaş rejissor sənətini yüksək giymətləndirən rejissor belə dedi: “Bizim həyatın absurd, mənasız olduğunu başa düşmək üçün onu dəqiq inandırıcı şəkildə yaşamaq lazımdır, bu isə Stanislavski nəzəriyyəsini bilmədən mümkün deyil. Teatrda inqilabi yeniliklər edən Tofiq Kazımov  Knebelin sevimli tələbəsi olub. Onun müqtədir sənətkar İ.Əfəndiyevin pyesi əsasında hazırladığıSən həmişə mənimləsəntamaşası öz həqiqiliyi, səmimiyili, inamıyla heyrət doğurur. Bütün bunlar K.S.Stanislavskinin onun sadiq tələbəsi M.O.Knebelin öyrətdikləridi”.

 

Məruzəçinin müasir Azərbaycan rejissor sənəti ilə bağlı fikirləri, teatrın bu gününə gələcəyinə dair perspektivləri dinləyicilərin diqqətinə səbəb oldu. “O ki qaldı bizim tədris müəssisəmizə, mənim qənaətim belədir: biz arzu edənlərə öz sistemini tədris edə biləcək şəxsi studiya deyilik, hər kəsin istədiyi kimi oynadığı özfəaliyyət deyilik, məhdudlaşdırılmış təhsil sistemi olan texnikum deyilik, biz hətta institut da deyilik. Biz Universitetik, ona görə tədris etdiyimiz təhsil tam, klassik, dərin olmalıdır. Məncə, Stanislavski nəzəriyyəsini, onun əsas prinsiplərini  bilmədən aktyor rejissor sənəti ilə məşğul olmaq olmaz”. 

 

Tədbir müzakirələrlə davam etdi. Hər zaman olduğu kimi ADMİU-nun Böyük Elmi Şurasında dinlənən  məruzə böyük marağa səbəb oldu. Cünki ənənəvi olaraq yeni metodlarla hazırlanan bu məruzələrin əsas müddəaları çağdaş Azərbaycan nəzəri estetik fikrinin orijinal istiqamətdə təkamülü üçün metodoloji zəmin yaradır. 

 

İntiqam
 





07.12.2012    çap et  çap et